Rusiyalı jurnalist azad edilib

Qolunov mühakimə edildiyi təqdirdə 20 ilədək həbs cəzasına məhkum oluna bilər.

Source: Foto: meduza.io


İvan Qolunova qarşı ittihamlar götürülüb

Rusiyanın daxili işlər naziri deyib ki, həbs edilmiş araşdırmacı jurnalist İvan Qolunova qarşı qaldırılmış bütün ittihamlar götürülüb və jurnalist azad edilib.

Nazir Vladimir Kolokoltsev çərşənbə axşamı bəyan edib ki, İvan Qolunova qarşı qaldırılmış ittihamlar "sübut edilməyib".

Kolokoltsev bildirib ki, Qolunov ev həbsindən azad edilib.

Qolunov iyunun 6-da həbs olunmuşdu və şənbə günü ev həbsi altına alınmışdı. O, narkotik maddə saxlamaqda və satmaqda ittiham edilirdi. Onun işi hüquq müdafiəçiləri tərəfindən şübhə ilə qarşılanmışdı və jurnalistin həbsinin siyasi motivli olduğu qeyd edilirdi.

Ana səhifəDünyaRusiyalı jurnalist azad edilib