Rusiyadan ABŞ konqresmenlərinə və Kanada senatorlarına qadağa

Rusiya XİN binası. Foto: Aleksey Qolubkov, Spektr. Press

Bu addım ABŞ-ın sanksiyalarına cavabdır

“Spektr”in materialı

Rusiya ABŞ-ın 398 konqresmenini sanksiya siyahısına daxil edib. Bu addım Amerika hakimiyyətinin Dövlət Dumasının deputatlarına qarşı tətbiq etdiyi sanksiyalara cavab tədbiri sayılır. Bu barədə RF Xarici İşlər Nazirliyinin saytı xəbər verir. 

“Amerika Konqresinin Aşağı palatasının komitələrinin rəhbərliyi və sədrləri də daxil olmaqla, adı çəkilən şəxslər Rusiyanın “stop-vərəqəsi”nə həmişəlik daxil edilir. Hazırkı qanunvericiliyə uyğun olaraq, spiker Nensi Pelosinin Rusiya Federasiyasına gəlişi öncədən qadağan olunub, onunla yanaşı ABŞ-ın bütün konqresmenləri eyni sanksiyaya məruz qalıb”, – XİN-in xəbərində deyilir. Nümayəndələr palatasında cəmi 453 konqresmen var. 

PF XİN həmçinin qara siyahıya 87 Kanada senatorunun salındığını da elan edib. Bu addım Kanadanın RF Federasiya Şurasının bütün tərkibinə yeritdiyi sanksiyaya qarşılıq olub. XİN-də Kanadanın sanksiyalarını “bəsirətsiz və rusofob” adlandırıblar, eyni zamanda bəyan ediblər ki, Kanada xarici siyasətinin asılı xarakteri “Kanadanın özünə və Rusiya ilə münasibətlərinə vurduğu zərəri sadəcə çoxalda” bilər.

Avstraliya cümə axşamı, aprelin 14-ü bir sıra Rusiya şirkətinə münasibətdə sanksiyaların genişləndirilməsi barədə elan edib. Ümumilikdə məhdudiyyət altına “Qazprom”, “Transneft”, “RusHidro”, “Rostelekom”, “Rusiya dəmir yolları”, “Sovkmodonanma”, ALROSA, KamAZ və digərləri daxil olmaqla 14 müəssisə düşüb.

Vladimir Putin fevralın 24-nə keçən gecə Donbasda “xüsusi əməliyyat”ın başlaması barədə elan edib. Onun sözlərinə görə, bu əməliiyat “Kiyev rejimi tərəfdən soyqırıma uğrayan” insanların müdafiəsi üçün həyata keçirilir. Daha sonra Ukraynanın iri şəhərləri – Kiyev, Xarkov, Odessa və digərləri bombardman edilib.  

Buna cavab olaraq, Qərb Rusiyaya qarşı bir neçə sanksiya paketi tətbiq edib. Həmin sanksiyalara RF MB-nın ehtiyatlarının dondurulması, bir sıra iri Rusiya bankları ilə sövdələşmələrin qadağan edilməsi, Rusiya təyyarələri və gəmiləri üçün hava məkanının və dəniz limanlarının bağlanması, Rusiyaya yüksək texnologiyaların idxalının məhdudlaşdırılması, rusiyalı siyasətçilər və sahibkarlara qarşı şəxsi sanksiyalar daxildir.  

Ana səhifəDünyaRusiyadan ABŞ konqresmenlərinə və Kanada senatorlarına qadağa