Rusiyada və Qazaxıstanda sel: son 80 ilin ən böyük fəlakəti

Rusiyada daşqın nəticəsində Orenburqda 12 min yaşayış evini və 15 mindən çox həyətyanı təsərrüfatı su basıb. Bildirilir ki, Ural çayında suyun səviyyəsi son 10 saat ərzində 40 santimetr artaraq 11 metri ötüb. Orenburqun meri Sergey Salmin əhaliyə evlərini tərk etməli olduqlarını bildirib.

Daşqın yerlərində elektrik kəsintilərlə verilir. Orenburq vilayətinin rayonlarından artıq 10 mindən çox adam evakuasiya edilib. Son məlumatlara görə, infrastruktura 40 milyard rublluq ziyan dəyib.

Daşqınlar qonşu Qazaxıstanı da bürüyüb. Burada su basmış ərazilərdən 86 min sakin köçürülüb. Qazaxıstanda temperaturun artması səbəbindən qarın əriməsi nəticəsində Ural çayında suyun səviyyəsi 7 metrə çatıb. Lakin çayda suyun səviyyəsinin 9 metrə çatacağı gözlənilir.

Qazaxıstanda daşqınlar başlayandan bəri 38 mindən çoxu uşaq olmaqla, 108 mindən çox insan təxliyə edilib. Sel və daşqın səbəbindən 10 regionda fövqəladə vəziyyət rejimi elan edilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu təbii fəlakəti miqyası və nəticələri baxımından son 80 ilin ən böyük fəlakəti adlandırıb.

Ana səhifəVideoRusiyada və Qazaxıstanda sel: son 80 ilin ən böyük fəlakəti