Rusiyada orta məktəbə silahlı basqın: ölənlər və yaralananlar var (yenilənib)

İjevsk şəhərinin 88 saylı məktəbinə silahlı hücum nəticəsində 17 nəfərin öldüyü açıqlanıb.

“İki mühafizəçi, iki müəllim və 11 məktəbli həyatlarını itirib. Daha 23 nəfər yaralanıb”,-deyə Lenta.ru yayıb.

Bildirilib ki, məktəbə hücum edən Artyom Kazantsev özü də vaxtilə həmin təhsil ocağını bitirib və yaxınlıqda yaşayıb.


Məktəbə hücum zamanı ölənlərin sayı 15 nəfərə çatıb. Onlardan 11-i azyaşlıdır. 22 uşaq isə yaralanıb.

Rusiya mediası yazır ki, hadisəni törədən 34 yaşlı Artyom Kazantsevin evində axtarış aparılır.


Məktəbə hücum zamanı 7 şagirdin, 2 müəllimin öldüyü bildirilir

Rusiyada 88 saylı məktəbə silahlı basqın nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Rusiya mediasının məlumatına görə, ölənlərin 7-si uşaqdır.

Bildirilir ki, ölənlər arasında iki mühafizəçi və iki müəllim də var.14-ü məktəbli olmaqla ümumilikdə 21 nəfərin yaralandığı bildirilir.

Silahlı hücumu törətdikdən sonra intihar edən şəxsin kimliyi müəyyənləşdirilir.Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci (“Ümumi təhlükəli üsulla törədilmiş iki və ya daha çox şəxsi öldürmə”) və 222-ci (“Qanunsuz silah saxlama və gəzdirmə”) maddələri ilə iş başlanıb.


Hücum edən şəxsin özünü də öldürdüyü bildirilir

Sentyabrın 26-da Rusiyanın İjevsk şəhərinin 88 saylı məktəbində naməlum şəxsin açdığı atəş nəticəsində ölənlərin olduğu deyilir.

Udmurtiya Daxili İşlər Nazirliyi yerli “Teleqram” kanallarının yaydığı məlumatı təsdiqləyib.

Nazirlik 9 nəfərin öldüyünü və 20-yə yaxın yaralının olduğunu açıqlayıb: “Hücum edən özünü vurub. Polis onun cəsədini tapıb”.

Rusiya mediası yazır ki, ölənlərdən səkkizi birinci sinif şagirdidir.

Hadisə yerinə gələn Udmurtiyanın rəhbəri Aleksandr Breçalov ölənlərdən birinin məktəbin mühafizəçisi olduğunu söyləyib.

88 saylı məktəb İjevsk şəhərinin mərkəzində, şəhər administrasiyasının binasından bir qədər aralıda yerləşir.

Təhsil ocağının sosial şəbəkələrdəki qrupunun məlumatına görə, məktəb 1994-cü ildə inşa olunub, hazırda 982 şagird, 80 müəllim çalışır.

Ana səhifəDünyaRusiyada orta məktəbə silahlı basqın: ölənlər və yaralananlar var (yenilənib)