Rusiyada hərbi helikopter qəzaya düşüb, iki nəfər həlak olub

Helikopter. Foto: Wiki

Qəzaya səbəb kimi texniki nasazlıq göstərilir

İyulun 25-də Rusiyanın Kaluqa vilayətində hərbi helikopter qəzaya uğrayıb.

Rəsmi məlumatlara görə, ekipaj üzvləri həlak olub.

Qəzaya səbəb kimi texniki nasazlıq göstərilir.

Rusiya Müdafiə Nazirliyi xəbər verir ki, Mi-28 helikopterinin ekipajı iki nəfərdən ibarətdir.

Qubernator Vladislav Şapşa bildirib ki, helikopter Kaluqa vilayətinin Jidrinski rayonunda qəzaya uğrayıb.

Ana səhifəDünyaRusiyada hərbi helikopter qəzaya düşüb, iki nəfər həlak olub