Rusiyada general-leytenant partlayışda həlak olub

Foto: Reuters

Kirillovun yanındakı köməkçisi də ölüb

Moskvada partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və köməkçisinin həlak olduğu bildirilir.

Rusiya İstintaq Komitəsinin hadisə ilə əlaqədar terror da daxil olmaqla bir neçə maddə ilə cinayət iş açdığı deyilir.

İstintaqın məlumatına görə, Kirillov və onun köməkçisi (İstintaq Komitəsi sonuncunun adını dəqiqləşdirmir) dekabrın 17-də səhər saatlarında Ryazan prospektində yaşayış binasının girişində dayanan bir skuterə yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində həyatlarını itiriblər.

İstintaqla tanış olan “RBC” mənbələrinə görə, general Kirillovun ölümünün əsas versiyası Ukrayna Silahlı Qüvvələrinin təxribatıdır.

Rusiya Federal Təhlükəsizlik Xidməti partlayıcı mütəxəssisləri araşdırma üçün material toplamaq üçün hadisə yerinə gediblər.

“RBC” mənbələri bildiriblər ki, qonşu binalar da partlayıcı qurğuların olub-olmadığı yoxlanılıb.

Ana səhifəDünyaRusiyada general-leytenant partlayışda həlak olub