Rusiyada dövlətə xəyanətə görə ömürlük həbs cəzası veriləcək

Vladimir Putin. Foto: Meydan TV

Putin qanunda nəzərdə tutulan dəyişiklikləri təsdiqləyib

Rusiyada Cinayət Məcəlləsinin 275-ci maddəsinə (“dövlətə xəyanət”) dəyişiklik edilib.

Aprelin 28-də Prezident Vladimir Putin dövlətə xəyanətə görə cəzanın ömürlük həbsə qədər sərtləşdirən dəyişiklikləri təsdiqləyib.

Bildirilir ki, əcnəbilərə dövlət sirrini təşkil edən məlumatların ötürülməsi, Rusiyaya qarşı yönəlmiş fəaliyyətdə digər dövlətə maliyyə, maddi-texniki və ya digər yardımların göstərilməsi ömürlük həbslə cəzalandırılacaq.

Buna qədər qanunda 500 min rubla qədər cərimə və ya 20 ilə qədər həbs cəzası nəzərdə tutulurdu.

Ana səhifə ▸ Dünya ▸ Rusiyada dövlətə xəyanətə görə ömürlük həbs cəzası veriləcək