Rusiya yaxın gələcəkdə Ermənistanın iqtisadiyyatına 1 milyard dollar sərmayə qoya bilər

“Statistikaya görə, hazırda Ermənistan Respublikasına qoyulan xarici sərmayələrin 40%-ni RF-dən gələn investisiyalar təşkil edir”

Source: Specify Source


Rusiya iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaçın sözlərinə görə, sərmayələr Rusiya ilə Ermənistan arasında iqtisadi, sosial və mədəni münasibətlərə çox ciddi töhfələr verəcək

Rusiya yaxın gələcəkdə Ermənistanın iqtisadiyyatına 1 milyard dollar sərmayə qoymağı planlaşdırır. “TASS”-ın

məlumat

ına görə, bu barədə Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç VIII Ermənistan-Rusiya regionlararası forumundan sonra keçirilən brifinqdə deyib.

“2021-ci ildə qarşılıqlı əmtəə dövriyyəmiz qənaətbəxşdir – 17 faiz artım var. Bu, pandemiya ilində hardasa 4 faiz düşməyimizə rəğmən baş verib. Sərmayə əməkdaşlığımız artır: RF-dən Ermənistana 2,2 milyard dollardan artıq birgə toplanmış sərmayə qoyulub. Biz bilirik ki, daha 1 milyard dollar dəyərində konkret layihələr var ki, həmin layihələr yaxın gələcəkdə Ermənistan iqtisadiyyatına daxil olacaq”, – o deyib.

Volvaçın söylədiyinə görə, sərmayələr Rusiya ilə Ermənistan arasında iqtisadi, sosial və mədəni münasibətlərin inkişafına çox ciddi töhfələr verəcək və yeni texnoloji iş yerlərinin açılmasına imkan yaradacaq.

“Statistikaya görə, hazırda Ermənistan Respublikasına qoyulan xarici sərmayələrin 40%-ni RF-dən gələn investisiyalar təşkil edir. Zənnimcə, bu payın gələcəkdə də eyni qədər olması tamamilə məntiqidir. Aydındır ki, digər ölkələrdən və digər partnyorlardan da sərmayələr var, lakin mən ümid edirəm ki, Rusiya və bu ölkənin biznesi Ermənistan iqtisadiyyatında öz rolunu və əhəmiyyətini qoruyub saxlayacaq”, – o əlavə edib.

RF iqtisadi inkişaf naziri Maksim Reşyotnikov təsdiqləyib ki, Rusiya şirkətləri yaxın illərdə Ermənistan iqtisadiyyatına milyarda yaxın sərmayə qoymağa hazırdır. “Əmtəə dövriyyəmiz artıq COVİD-dən öncəki göstəriciləri ötüb, Ermənistandakı ən iri vergi ödəyiciləri arasında isə Rusiya şirkətləridir”, – o əlavə edib.

Forumun təşkilatçıları RF İqtisadi İnkişaf Nazirliyi və Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyidir. Rusiya-Ermənistan Regionlararası Forumlar 2011-ci ildən iki dövlətin ərazi vahidləri arasındakı əməkdaşlığın genişləndirilməsi üçün keçirilir.

Ana səhifəDünyaRusiya yaxın gələcəkdə Ermənistanın iqtisadiyyatına 1 milyard dollar sərmayə qoya bilər