Rusiya Xarkov Universitetinə raket zərbələri endirib

Foto: Telegram

Novobavarskoyedə binaların dağıdıldığı bildirilir

İyulun 6-da gecə saatlarında Rusiya Xarkovun Osnovyanski rayonlarına və Kiyev vilayətinə raket zərbəsi endirib.

Məlumatı Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov “Telegram” kanalında yayıb.

O, Novobavarskoyedə binaların bir hissəsinin dağıdıldığını qeyd edib.

Oleq Sinegubov bildirib ki, raket zərbələri Xarkov Universitetini də dağıdıb:

“Kiyev vilayətinə raket hücumu nəticəsində ali təhsil müəssisəsinin binası da dağıdılıb”.

Oleq Sinegubov yaşayış binaları, açıq sahələr və buğda tarlasının yandığını əlavə edib.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaRusiya Xarkov Universitetinə raket zərbələri endirib