Rusiya ordusu Ukraynada xəstəxananı vurub: 1 ölü, 15 yaralının olduğu bildirilir

Foto: Teleqram

Zelenski Rusiyanı terrorçuluqda ittiham edib

Rusiya ordusunun Ukraynanın Dnepr şəhər xəstəxanasını raket atəşinə tutması nəticəsində 1 nəfərin öldüyü, 15 nəfərin yaralandığı bildirilir.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında paylaşım edib.

Rusiya terrorçuları humanist və vicdanlı hər şeyə qarşı döyüşdüklərini bir daha təsdiqlədilər. Dnepr şəhərindəki klinikaya raket hücumu nəticəsində bir nəfər ölüb, 15 nəfər yaralanıb”, – deyə Ukrayna Prezidenti yazıb.

V.Zelenskinin sözlərinə görə, dağıntının nəticələrinin aradan qaldırılması və zərərçəkənlərin xilas edilməsi üçün bütün lazımi tədbirlər görülür.

Dnepropetrovsk Vilayət rəhbəri Segey Lısak yaralılar arasında iki uşağın olduğunu bildirib.

O, hələ xəsarət alanların sayının dəqiqləşdirildiyini qeyd edib.

S. Lısak bildirib ki, tibb müəssisəsi və baytarlıq klinikasından əlavə, şəxsi və yaşayış binalarına da ziyan dəyib.

Münaqişə nə vaxt başlayıb?

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Referendumda üç sual qoyulub: “Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ana səhifəDünyaRusiya ordusu Ukraynada xəstəxananı vurub: 1 ölü, 15 yaralının olduğu bildirilir