Rusiya Müdafiə Nazirliyi: Azərbaycan-Ermənistan sərhədində atəşkəs elan olunub

Rusiya Müdafiə Nazirliyi, Foto: https://militaryarms.ru/

“Telefon danışıqları nəticəsində Yerevan və Bakı vəziyyəti sabitləşdirmək üçün tədbirlər görüblər”

Ermənistan və Azərbaycanın sərhəd rayonlarında atəşkəs razılaşması olduğu bildirilir.

Ria.ru” saytının Rusiya Müdafiə Nazirliyinə istinadən yazdığına görə, razılıq Rusiyanın müdafiə naziri Sergey Şoyqunun erməni və azərbaycanlı həmkarları ilə telefon danışıqlarından sonra baş tutub.

“Telefon danışıqları nəticəsində Yerevan və Bakı vəziyyəti sabitləşdirmək üçün tədbirlər görüblər. Hazırda Qarakilsə dağı ərazisində toqquşmalar dayandırılıb, vəziyyət normallaşıb və nəzarət altındadır”, – deyə Rusiya Müdafiə Nazirliyi bildirib.

Ana səhifəSiyasətRusiya Müdafiə Nazirliyi: Azərbaycan-Ermənistan sərhədində atəşkəs elan olunub