Rusiya İstintaq Komitəsi: 133 nəfər həyatını itirib (yenilənib)

Foto: Reuters

Rusiya İstintaq Komitəsi “Crocus City Hall” konsert zalında ölənlərin sayının 133 nəfərə çatdığı barədə məlumat yayıb.

“Crocus City Hall” konsert zalında dağıntıların təmizlənməsi zamanı terror aktı nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb. Axtarış işləri davam etdirilir”, – məlumatda deyilir.


“Crocus City Hall” konsert zalında baş verən terror aktı nəticəsində 115 adamın öldüyü bildirilir.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

İstintaq Komitəsi axtarışların hələ davam etdiyini əlavə edib.

Komitə həmçinin terror aktı törətməkdə şübhəli bilinən 4 nəfərin Ukrayna ilə sərhəd yaxınlığında saxlanıldığını qeyd edib:

Ukrayna ilə sərhəddə yerləşən Bryansk vilayətində xüsusi xidmət orqanları “Crocus City Hall” konsert zalında terror aktı törətməkdə şübhəli bilinən dörd nəfəri saxlayıblar”

Ancaq “İnterfaks” Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Prezident Vladimir Putinə terror aktı törətməkdə şübhəli bilinən dörd nəfər də daxil olmaqla, 11 nəfərin saxlanıldığını bildirib:

Bortnikov Putinə məlumat verib ki, FSB terrorçuların şəriklərini müəyyən etmək üzərində işləyir”.

Foto: Reuters


Komitə terror aktı qurbanlarının sayının arta biləcəyini qeyd edib

“Crocus City Hall” konsert zalında baş verən terror aktı nəticəsində 60-dan çox insanın həyatını itirdiyi bildirilir.

Bu barədə martın 23-də Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Komitə terror aktı qurbanlarının sayının arta biləcəyini qeyd edib.

Hadisə yerindən maddi sübutlar, o cümlədən silah və döyüş sursatları götürülüb, bütün lazımi ekspertizalar təyin edilib və artıq aparılıb, o cümlədən genetik, ballistik və barmaq izi testləri də”, – deyə Rusiya İstintaq Komitəsi əlavə edib.

Rusiya səhiyyə naziri Mixail Muraşko beşi uşaq olmaqla 115 nəfərin xəstəxanalara aparıldığını bildirib.

Nazirin sözlərinə görə, daha 30-dan çox insan ambulator yardıma müraciət edib:

60 böyük xəstə və bir uşağın vəziyyəti ağırdır”.

Martın 22-də Rusiyanın paytaxtı Moskvada “Crocus City Hall” konsert zalında terror aktı törədilib.

Ana səhifəDünyaRusiya İstintaq Komitəsi: 133 nəfər həyatını itirib (yenilənib)