Rusiya iranlı rejissorun filminə qadağa qoyub

Rusiya, Mənbə: Reuters

Nazirlik filmdə Rusiya qanunvericiliyinə zidd məlumatların olduğunu deyir

Rusiya Mədəniyyət Nazirliyinin iranlı rejissor Əli Abbasinin mayın 11-dən yerli kinoteatrlarda nümayiş olunan “Qatil” müqəddəs hörümçək” filminin yayımına qadağa qoyduğu deyilir.

Bildirilir ki, filmdə “Rusiya Federasiyasının qanunvericiliyi ilə yayılması qadağan olunan” məlumatlar var.

Filmin bir neçə gün ərzində ərzində 1,5 milyon dollar gətirdiyi qeyd edilir.

“Qatil” müqəddəs hörümçək” real hadisələrə əsaslanır və Tehranda seks işçilərini öldürən inanclı fanatikdən bəhs edir.

Polis onun tutulmasına laqeyd yanaşıb və yerli jurnalist qətlləri törədəni axtarmağa qərar verib.

Filmin rejissoru Əli Abbasi İranda doğulub, İsveçdə yaşayır.

Aktrisa Zara Əmir İbrahimi bu filmdəki roluna görə Kann Film Festivalında “Qızıl Palma budağı” mükafatına layiq görülüb.

Ana səhifəDünyaRusiya iranlı rejissorun filminə qadağa qoyub