Rusiya ilə təmaslar ABŞ prezidentinə baha başa gələcəkmi?

Tramp Obamanı onu dinləməkdə ittiham etdi

Source:
Prezident Tramp eks-prezident Obamanı onu qeyri-qanuni dinləməkdə ittiham etdi
Prezident Tramp eks-prezident Obamanı onu qeyri-qanuni dinləməkdə ittiham etdi
Prezident Tramp eks-prezident Obamanı onu qeyri-qanuni dinləməkdə ittiham etdi
Prezident Tramp eks-prezident Obamanı onu qeyri-qanuni dinləməkdə ittiham etdi

Rusiya ilə əlaqələr məsələsi ABŞ prezidenti Donald Trampın hakimiyyətini silkələməkdə davam edir.  Prezident Tramp Tvitter hesabında yazdığı yeni paylaşımda keçmiş prezident Barak Obamanı onu prezident seçkiləri ərəfəsində qeyri-qanuni dinləməkdə ittiham edib.  Tramp Konqresin müvafiq komissiyalarını bu məsələni araşdırmağa çağırıb.  Artıq Obama administrasiyasının sabiq təhlükəsizlik məsulları onlara belə bir əmr verildiyini rədd ediblər.

Müşahidəçilər hesab edirlər ki, prezident Trampın bu ittihamı onun öz nümayəndələrinin Moskva ilə gizlin danışıqlarını araşdıran Konqres komissiyasının diqqətini yayındırmağa xidmət edə bilər.  Belə ki, hələ hakimiyyətdə 100 günlüyü tamam olmayan prezident Trampın 2 yüksək vəzifəli nümayəndəsi Kremllə təmaslar olduğu və bu barədə həqiqəti gizlətdiyinə görə tutduğu vəzifədən getməli olub.  Həftəsonu istefaya göndərilən Baş prokuror Ceff Seşnz bundan əvvəl Konqresdə ifadə verərkən, Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla görüşlər barədə məlumatı olmadığını bildirib.  Rusiya elçisi ilə təmaslar barədə məlumatı ilk olaraq,“Vaşinqton Post” qəzeti yazıb.

Maraqlıdır ki, Tramp administrasiyası bu sızmalarla bağlı daxili araşdırma başlamaq əvəzinə onları inkar etməklə məşğuldur.  Bu isə öz növbəsində şübhələri daha da artırmaqdadır.  Prezident seçkiləri ərəfəsində Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin nümayəndərinin nələri müzakirə etdiyi hələ məlum deyil.  Yeni üzə çıxacaq təfərrüatlar ölkə prezidentinin gələcəyi üçün xırda və ya çox əhəmiyyətli ola bilər.

Ana səhifəDünyaRusiya ilə təmaslar ABŞ prezidentinə baha başa gələcəkmi?