Rusiya: İdlibdə savaşı durdurmaq Türkiyənin məsuliyyətindədir

Moskva Türkiyəni ərazidə baş verənlərə səssiz qalmaqda ittiham edir

Source: Meydan tv


Moskva Türkiyəni ərazidə baş verənlərə səssiz qalmaqda ittiham edir

Kremlidən cümə günü deyilib ki, Türkiyə Suriyanın İdlib əyalətində üsyançıların sivillərə və rus hədəflərinə atəş etmələrini dayandırmaq üçün məsuliyyət daşıyır, “Reutres” xəbər verir.

Kremli həmçinin qeyd edib ki, Ankaranın etirazlarına baxmayaraq, Rusiya bu ərazilərdə Suriya hökumətinin fəaliyyətini dəstəkləməyə davam edəcək.

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan rusiyalı əməkdaşı Vladimir Putinə deyib ki, o, İdlibdə daha çox sivil ölümlərinin və Türkiyəyə axın edən suriyalı qaçqınların qarşısını almaq üçün atəşkəs istəyir.

Ərdoğan həmçinin Putinə telefonda deyib ki, Suriyaya siyasi həll yolu lazımdır, – Ərdoğanın ofisi açıqlama verib.

Türkiyə lideri dəfələrlə Moskvaya Rusiyanın dəstəklədiyi Suriya hökumətinin üsyançıların təsiri altında olan şimal-qərb bölgəsinə hücumları barədə şikayət edib.

Müharibə nəticəsində 250 mindən çox insan zərər çəkib, Türkiyə ilə sərhəddə yerləşən torpaqlarından ayrı düşüb.

Kremli cümə günü açıqlamışdı ki, Ərdoğanın atəşkəsə çağırışları əsassızdır, çünki atəşkəsi ilk növbədə tətbiq etməli olan üsyançılardır.

"Biz həqiqətən İdlibdə atəşkəsə ehtiyac duyuruq və terrorçuların etməli olduğu mülki hədəflərə və qoşunlarımızın yerləşdiyi bəzi obyektlərə atəş açmağı dayandırmaqdır," Kremlinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə Ərdoğanın atəşkəs tələbi ilə bağlı sualları cavablandırarkən deyib:

"… Bu Türkiyə tərəfinin məsuliyyətindədir”.

Rusiya İdlibdən onun əsas Hmeymim hava bazasına qarşı raket hücumlarından şikayət edib. Peskov bunu "çox təhlükəli tendensiya" adlandırıb.

O, Rusiya hökumətinin dəstəklədiyi Suriya hökumət qoşunlarının döyüşləri dayandırmalı olduğu haqda heç nə deməyib. O, Moskva və Ankaranı İdlib üzərində fikir ayrılığına sahib olduğunu inkar edib.

İdlibin taleyi Rusiya ilə Türkiyə arasındakı əlaqələri gərginləşdirib. Hər iki tərəf bu coğrafi ərazi üzərində öz təsirini qorumağa çalışır.

Suriya hökumətinin ən yaxın müttəfiqlərindən biri olan Moskva Ankara ilə sentyabr ayında İdlibi bütün ağır silah və cihadçı döyüşçülərdən təmizləmək haqda razılığa gəlmişdi. Amma Əsədin əraziləri geri almasına kömək etmək istəyən Moskva o gündən etibarən bölgədə şiddətin artması ilə bağlı şikayətlənir və deyir ki, Əl-Nusra qrupuna aid olan militanlar ərazinin böyük bir sahəsinə nəzarət edirlər.

Moskva Türkiyəni ərazidə baş verənlərə səssiz qalmaqda ittiham edir.

Ana səhifəDünyaRusiya: İdlibdə savaşı durdurmaq Türkiyənin məsuliyyətindədir