Rusiya ordusunun geri çəkilməsindən sonra, Kiyevdən 37 km aralıda yerləşən Buçaya girən ukraynalı əsgərlər dəhşətə gəlirlər. Küçələr mülki insan cəsədləri və yanmış hərbi texnikalarla doludur. Bəzi meyitlərin qolları arxadan bağlıdır.
Bələdiyyə 280 nəfərin kütləvi məzarlıqlarda dəfn edildiyini deyir. Bütövlükdə Rusiyanın tərk etdiyi ərazilərdə 410 mülki insan cəsədinin tapıldığı bildirilir.
Zelenski Rusiyanı soyqırımı aktında ittiham edib. Bir çox qərb ölkəsi rəsmiləri Rusiyanın hərbi cinayətlər törətdiyini iddia edərək, Buça qətliamından sonra yeni dalğa sanksiyalara çağırış edirlər.