Rusiya Avropanı qışda qazla sınağa çəkə bilər

“Qazprom” şirkəti. Foto: Maksim Konstantinov/shutterstock

““Şimal axını” bağlansa, Avropa qışın ortasında qazın tükənməsi riski ilə üzləşəcək”

“Rusiyadan boru kəməri vasitəsilə qaz tədarükü tamamilə dayanarsa, Avropa qış tələbatını qarşılamaya bilər. Hətta qışın ortasında təbii qaz ehtiyatlarının tükənməsi riski ilə üzləşər”, – deyə şirkət bildirib.

Təbii ehtiyatlar sənayesini gücləndirmək üçün qlobal tədqiqat və məsləhət işi görən “Wood Mackenzie” Şirkəti bu qənaətdədir.

Məsləhətçi şirkət düşünür ki, Almaniyaya gedən “Şimal axını” boru kəməri tamamilə bağlansa, ən pis ssenaridə Avropa qış mövsümü üçün lazım olan qazı depolaya bilməyəcək.

“Wood Mackenzie”ın qaz və LNG tədqiqatları üzrə vitse-prezidenti Massimo Di Odoardo elektron poçtla göndərdiyi açıqlamasında bildirib ki, bölgədə yanvaradək bütün qaz ehtiyatı tükənə bilər.

O, bu barədə xəbərdarlıq edərək əlavə edib ki, əks tədbirlər nəzərə alınsa, tələbin müəyyən qədər azaldılması qaçınılmaz olacaq.

Enerji bazarlarını həyəcanlandıran və yeni qiymət artımına təkan verən bir hərəkətlə Rusiyanın qaz nəhəngi “Qazprom” son iki gündə İtaliya, Almaniya, Fransa və Avstriyadakı müştərilərinə qaz tədarükünü kəsib.

Səbəb kimi bildirilib ki, “Siemens” AG-nin istehsal etdiyi turbinlərin təmiri ilə bağlı problemlər var. Buna görə Baltik dənizi üzərindən “Şimal axını” xəttinin ötürücülük qabiliyyətini məhdudlaşdırmalı olublar.

Almaniya isə açıqlama verərək bunun, sadəcə, bəhanə olduğunu bildirib.

Massimo Di Odoardo. Mənbə: “Woodmac.com”

Baş verənləri “siyasi motivli” adlandırıb və bu hərəkətin bazarda narahatlıq yaratmağa hesablandığını bildirib.

Ekspertlər düşünürlər ki, Rusiyadan alınan qaz axınının azalması daha uzun müddət davam edərsə, ehtiyatlar bərpa olunduğu kimi, yay anbarlarının doldurulması kampaniyasını poza bilər. Bu da regionun noyabrın 1-dək Aİ-nin minimum 80 faiz doluluq səviyyəsinə çatacağına dair optimizmi gücləndirir.

Di Odoardo bildirib ki, “Şimal axını”nın tam dayandırılması Avropanın anbar səviyyəsini noyabrın 1-nə kimi cəmi 59 faizə çatdıracaq.

Onun sözlərinə görə, boru kəməri öz gücünün yalnız 40 faizi ilə işləməyə davam edərsə, o zaman anbar səviyyəsi 67 faizə çata bilər və ehtiyatların tükənməsi riski yalnız qışın sonunda baş verər.

Di Odoardonun fikrincə, boru kəməri normal fəaliyyətə qayıdarsa, o zaman hətta ABŞ-ın qaz mayeləşdirmə zavodu “Freeport” LNG-də uzun müddət davam edən fasilə fonunda belə, 1 Noyabr tarixinə qədər anbar sahələrini 80 faizədək doldurmaq mümkündür.

LNG ilin əvvəlindən bu yana Avropa rekord həcmdə yanacaq idxal edib. Bununla Rusiyadan qaz nəqlinin azaldırması kompensasiya edilməyə çalışılıb.

“Bloomberg Intelligence”-in enerji analitiki Patricio Alvarez isə bildirib ki, tədarük sıxıntısı və qlobal LNG tədarükünün daralması fonunda böyük qaz qiymət dəyişkənliyi, çox güman ki, yay hava şəraitindən asılı olaraq daha da sürətlənəcək. Beləliklə, Rusiyadan tədarükün azalması ilə Avropada qaz böhranı yeni mərhələyə qədəm qoyacaq.

Rusiyanın qaz nəhəngi “Qazprom” Almaniya və İtaliyaya verilən qazın həcmini azaldıb.

Bundan sonra şirkətin rəhbəri Aleksey Miller açıqlama verərək deyib ki, Moskva öz qaydaları ilə oynayır.

Aleksey Miller. Foto: EPA

Şirkət rəhbəri əlavə edib: “Mal bizim, qaydalar bizim. Özümüzün yaratmadığı qaydalarla oynamırıq”.

Bundan bir gün əvvəl “Qazprom” Almaniyaya verilən qazın həcmini yarıbayarı azaldıb.

Bunu Almaniyanın “Siemens” şirkətinin “Şimal Axını 1” boru kəmərindəki kompressorun təmirini yubatması ilə əlaqələndirib.

Almaniya məsələnin siyasi olduğunu açıqlayıb.

Aleksey Miller də “Gazprom”-un Avropaya qazın nəqlini azaltdığını təsdiqləyib. Verilən qazın 40 faizə düşdüyünü bildirib.

Fevralın 24-də Rusiya Ukraynaya hücum edəndən sonra Polşa, Bolqarıstan, Danimarka və Niderlanda qazın nəqlini dayandırıb.

Eyni zamanda, müharibə dövründə Rusiya nəql etdiyi qaz üçün ödənişləri rublla tələb edib.

Bundan sonra Avropada bir neçə müştərilərini itirib.

Sonuncu sanksiyalarda isə Avropa İttifaqı ölkələri Rusiyadan qaz alışını azaldıb, lakin bir neçə Aİ ölkəsinin Rusiya qazından son dərəcə asılılığına görə ondan tam imtina edə bilməyib.

Ana səhifəDünyaRusiya Avropanı qışda qazla sınağa çəkə bilər