Rusiya ABŞ-ı yeni “Soyuq Müharibə” ilə hədələdi

Üçüncü Dünya Müharibəsinə çağırış

Source:

Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski, ABŞ prezidenti Donald Trampın Moskva və Vaşinqton arasındakı “Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi-3”-ün birtərəfli olduğu fikrinə münasibət açıqlayıb.

 “Sputnik Türkiyə”nin verdiyi xəbərə görə, Slutski Trampın sözlərinin narahatlıq yaratdığını bildirərək, ABŞ-ı “Soyuq Müharibə” ilə təhdid etdi: “Əgər Vaşinqton həqiqətən də nüvə sahəsində üstünlük əldə etmə siyasəti yürüdərsə, silahlanma yarışının yenidən qızışması və “Soyuq Müharibə” dövrünün geri qayıtması qaçılmaz olar”.

Parlamentari, 2021-ci ildə sona çatacaq müqavilənin gələcəyi ilə bağlı müzakirələrin, ən qısa zamanda başlanılmasının vacibliyini vurğuladı.

Slutski: “Nüvə razılaşmasının təməl prinsiplərinə sadiq qalmaq lazımdı. Bu sahədə tək bir ölkənin hakimiyyəti yolverilməzdi. Əks təqdirdə, beynəlxalq təhlükəsizlik sistemi tənəzzülə uğrayar və son illərdə nail olduğumuz bütün silahsızlaşdırma cəhdləri mənasını itirər” deyə fikrini tamamladı.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp nüvə silahı sahəsində ölkəsinin geri qaldığını bildirmiş, bu sahədə inkişafın və ən yüksək nöqtədə durmağın vacibliyini qeyd etmişdi.

Ana səhifəDünyaRusiya ABŞ-ı yeni “Soyuq Müharibə” ilə hədələdi