Daxili İşlər Nazirliyinin binasına çəkilmiş qraffiti boyanıb
Rusiya polisi Yaroslavl şəhərində Daxili İşlər Nazirliyinin binasının üzərində Vladimir Putini homofob kimi təsvir edən rəsm çəkdiyinə görə bir nəfəri şübhəli qismində saxlayıb.
Aprelin 5-də polis bölgədə olan kamera görüntülərini araşdırdıqdan sonra şübhəli nəzarətə alınıb.
Martın 31-də çəkilmiş graffiti daha sonra boyanıb.
Graffitidən bir həftə öncə Putin Rusiya hökumətinə vebsaytları "saxta xəbərlər" və dövlətə və ya ictimaiyyətə təhqir hesab edilən hər hansı yazılı materiala görə bloklamağa və ya cəzalandırmağa imkan verən qanun layihələrini imzalamışdı.
Yeni qanunvericilik hakimiyyət orqanlarına dövlət rəmzlərini, Rusiya cəmiyyətini təhqir edən materiallar yerləşdirən, "saxta xəbər" yayan veb-saytları və ya İnternet hesablarını blok etməyə imkan verir.
Rusiya kütləvi informasiya vasitələrinin nəzarətçisi Roskomnadzor Yaroslavl şəhərindəki graffiti şəkillərini yayımlayan bütün mətbuat orqanlarına yeni qanuna istinadən onları silmək tapşırığı verib.
Bir neçə online xəbər portalları sifarişi təqib edərək şəkilləri silib, lakin bəziləri bunun senzura olduğunu deyərək şəkilləri silməyiblər.