Rüfət Səfərovun anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

Rüfət Səfərov anası ilə. Foto: Şəxsi Facebook səhifəsi

Tahirə Tahirqızı bildirib ki, ölkədən çıxışına qadağanı Daxili İşlər Nazirliyi qoyub

Hazırda həbsdə olan “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının rəhbəri Rüfət Səfərovun anası Tahirə Tahirqızının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.

Bu barədə “Turan”a məlumat verib.

O bildirib ki, ölkədən çıxışına qadağanı Daxili İşlər Nazirliyi qoyub.

“Rüfətin atası Eldar Sabiroğlu ağır parkinson xəstəsidir. Bunu Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da bilir. Bir neçə il öncə Eldarı əməliyyat etdirmək üçün hətta evimi satlığa qoymuşdum. Prezident və xanımı bizim müraciətimiz olmadan belə humanistlik göstərərək Eldarın Türkiyədə əməliyyatının bütün xərclərini üzərlərinə götürdü. Özləri də bilir ki, hər altı aydan bir Türkiyədə həkim müayinəsindən keçir. Son bir həftədir ki, Eldar bəyin vəziyyəti kəskin şəkildə pisləşib və onun yenidən Türkiyəyə aparılması üçün bilet alınıb. Lakin bu gün məlum oldu ki, mənim ölkədən çıxışıma qadağa qoyulub”, – o qeyd edib.

Tahirə Tahirqızı Daxili İşlər Nazirliyinin onun ölkədən çıxışına qadağa qoyması barədə qərarını ədalətli hesab etmir və qanunvericiliyə əsaslanmadığını bildirir.

Bu rar humanistlik baxından zgün deyil. Oğlumu uydurma ittihamla həbs edibsiniz. İndi də onun xəstə atasına əziyyət verirsiniz”.

Daxili İşlər Nazirliyi məsələyə münasiət bildirməyib.

“Müdafiə Xətti” insan haqları təşkilatının rəhbəri, hüquq müdafiəçisi Rüfət Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb.

Növbəti gün, dekabrın 4-də Bakının Binəqədi Rayon Məhkəməsi hakim Aytəkin İbrahimovanın sədrliyi ilə Rüfət Səfərov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Səfərov Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham olunur.

Rüfət Səfərov isə sosial mediada özünün xahişi ilə yazıldığı bildirilən bəyanatında saxlanmasının səbəbini Birləşmiş Ştatlarda insan hüquqları sahəsində mükafata layiq görülməsi ilə əlaqələndirib.

Həbsdə olan Rüfət Səfərov ötən ilin dekabrın 10-da ABŞ Dövlət Departamentinin mükafatını alıb.

ABŞ dövlət katibi Entoni Blinken İnsan Haqları Günü ilə bağlı mükafatların təqdimetmə mərasimində Rüfət Səfərovun boş oturacağı yanında ona verilən mükafatla şəkil çəkdirib.

Ana səhifəSiyasətRüfət Səfərovun anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir