Rövşən Ağayev: Qeyri-neft ixracında təxminən 100 mln. dollar azalma olub

“Yəni 1 il əvvəl hər 100 dollarlıq idxaldan 18,9 dollar büdcəyə daxil olmuşdusa, 2020-də 21,6 dollar alınıb”.

Qeyri-neft sektoru. Foto: arxiv


"Bununla yanaşı, vergi ödəmə əmsalı xeyli yüksəlib"

“Xarici ticarətdə böyük azalma var. Səbəbi neft ixracı və dövlət idxalının kəskin azalmasıdır”.

İqtisadçı Rövşən Ağayev belə deyir.

Dövlət Statistika Komitəsinin açıqladığı bir illik xarici ticarət statistikasına görə, qeyri-neft ixracında təxminən 100 mln. dollar (5,3 faiz) azalma olub. Amma neft-qaz ixracatı 5.8 mlrd. dollar (33 faiz) azalıb.

İqtisadçı deyir ki, 2019-cu ildə neftin orta qiyməti 65, 2020-də 45 dollar ətrafında olub.

Qiymətdəki hər 20 dollar ucuzlaşma neft-qaz ixracını təxminən 2.9 mlrd. USD (hər 1 dollar 290 mln. dollar) azaldıb: “İdxal 2.9 mlrd. USD (22 faiz) azalıb. Amma dövlət idxalı 2.3 mlrd. dollar (2.3 dəfə) kiçilib. Qeyri-dövlət idxalında azalma cəmi 600 mln. USD (6,3 faiz) təşkil edib. Gömrük sisteminin büdcəyə ödənişləri cəmi 470 mln. manat (11 faiz) azalıb”.

maxresdefault.jpg
Rövşən Ağayev

Rövşən Ağayev deyir ki, bununla yanaşı, vergi ödəmə əmsalı xeyli yüksəlib.

2019-cu ildə büdcə ödənişlərinin idxalın dəyərinə nisbəti 18,9 faiz idisə, 2020-də 21,6 faiz olub: “Yəni 1 il əvvəl hər 100 dollarlıq idxaldan 18,9 dollar büdcəyə daxil olmuşdusa, 2020-də 21,6 dollar alınıb”.

Ana səhifəİqtisadiyyatRövşən Ağayev: Qeyri-neft ixracında təxminən 100 mln. dollar azalma olub