Rövnəq Abdullayevin “qaz vurub qazan dolduran” yeznəsi

Rövnəq Abdullayevin yeznəsinə məxsus şirkətlər

Source: Google


Maye qazın satışı ilə məşğul olan inhisarçı şirkət – “Məişət Maye Qaz” QSC-nin rəhbəri Rasim Salmanov SOCAR prezidenti Rövnəq Abdullayevin bacısının əridir.

2019-cu ilin ikinci yarısında məişətdə istifadə olunan maye qazın satış qiyməti Azərbaycanda mərhələli şəkildə qaldırıldı. Litri 40 qəpiyə satılan maye qazın qiyməti sentyabrda 45, noyabrın 8-dən isə 65 qəpiyə satılır. Hərçənd, Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən SOCAR-ın topdansatış qiymətləri dəyişməyib.



Sonuncu dəfə Tarif Şurası neft məhsullarının qiymətlərinə 2017-ci ilin iyulunda yenidən baxıb. Hökumət dövlət neft şirkətinin gəlirlərini azaltmaq bahasına topdansatış qiymətlərini 1 ton maye qaz üçün 2015-ci ilin yanvarından qüvvədə olan tarifdən – 300 manatdan 263,60 manata


endirdi


ki, istehlakçılar onu daha əlverişli qiymətə ala bilsinlər. Düzdür, maye qaz biz sahibkarlara bundan xeyli yüksək qiymətə – 1 tonu 500 manata “otururdu”, narazılıq etsək də, birtəhər dözmək olurdu. Hazırda isə



“Məişət Maye Qaz”



QSC (MMQ QSC ) onu satış məntəqələrinə qat-qat baha – 950 manat/tona satır. Bundan başqa, şirkət özünün avtoçənləri vasitəsilə gətirdiyi qaza görə maye qaz doldurma məntəqələrindən əlavə olaraq 1500 manat nəqliyyat xərci də alır. Bu, soyğunçuluq deyilmi? Şirkət maye qazın daşınması üçün 22 ədəd iritonnajlı avtomobil alıb və digər daşıyıcıları bazardan vurub çıxarıb. Nəticədə şirkət, necə deyərlər, “qaz vurub, qazan doldurur”, istehlakçılar daha çox xərc çəkir, elə mənim kimi başqa maye qaz satışı obyektlərinin də rentabelliyi aşağı düşür

”, – Şirvan şəhərindəki maye qaz məntəqəsinin sahibi Qurbanxan Dəmirov belə deyir.

İnhisarçı cərimə edilib, amma ödəmir

İşadamının sözlərinə görə, SOCAR-ın Bakı Neft Emalı Zavodu maye qazı məntəqələrə birbaşa satmır. Mal əvvəlcə MMQ QSC-yə, oradan isə pərakəndə satış məntəqələrinə çatdırılır. Şirkətin özünün dəmir yol xətti,

teplovoz parkı

və sisternləri var. İnhisarçı maye qazı həm özünün satış məntəqələri, həm də 7 regional qazdoldurma stansiyası vasitəsilə satır.

Q.Dəmirov süni qiymət artımı ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (AİBNDX) şikayət edib. Araşdırma nəticəsində inhisarçı mövqedən sui-istifadə etməklə məhsulun qiymətinin artırılması faktı təsdiq edilib. Bu səbəbdən qurum “Məişət Maye Qaz” QSC-yə qarşı 9 milyon manat məbləğində cərimə tətbiq edib. Antiinhisar qurumunun tabe olduğu İqtisadiyyat Nazirliyindən Meydan TV-yə deyiblər ki, şirkət AİBNDX-nin qərarından apelyasiya şikayəti verdiyindən cəriməni hələ ödəməyib.

sld3.jpg
Maye qaz

Noyabrdakı qiymət artımından sonra MMQ QSC-nin nümayəndələri mediaya açıqlama verərək, bunun istehsalçı müəssisənin təmirə dayanması və maye qazın bu müddət ərzində idxal edilməsi ilə izah etməyə çalışıblar. O da əlavə olunub ki, “LPG-nin (maye qazın) köhnə qiymətlə satışı yaxın vaxtlarda bərpa olunacaq”. Lakin yarım il ötməsinə baxmayaraq, qiymət düşməyib. İdxal-ixrac əməliyyatlarına dair Dövlət Gömrük Komitəsinin aylıq hesabatlarından isə görünür ki, maye qazın idxalı haqda məlumat həqiqəti əks etdirmir. Nə ötən il, nə də bu il Azərbaycana leqal yolla LPG gətirilib.

“Məişət Maye Qaz” QSC-nin rəhbərliyi qiymətə yenidən baxılması ilə bağlı informasiya sorğusuya cavab verməyib. SOCAR rəsmiləri isə maye qazın pərakəndə satışda formalaşan qiymətinin bu şirkətə aid olmadığını deyirlər.

Zavod özəlləşdirildi, işçiləri səhmlərini satmalı oldular

Amma Rasim Ramiq oğlu Salmanovun – SOCAR prezidenti Rövnəq Abdullayevin qohumunun baş direktoru və təsisçilərdən biri olduğu bu şirkət qiymət artımı hesabına satış əməliyyatlarıından pis qazanmır. Maliyyə

hesabatına

görə, MMQ ASC-nin 2019-cu ildə gəlirləri (29,7 milyon manat) – 25,4 faiz, xalis mənfəəti (5 milyon 460 min manat) – 2 dəfədən çox artıb. Bu ilin fevralında keçirilən ümumi yığıncaqda təsisçilər özlərinə mənfəətdən yarım milyon manat dividentin ödənilməsi haqda qərar veriblər.

335 nəfərin çalışdığı “Məişət Maye Qaz” Səhmdar Cəmiyyəti SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindəki “Məişət qaz” Birliyinin baş müəssisənin bazasında 1998-ci ilin aprel ayında

yaradılıb

. Müəssisənin istifadəsində 17 hektar torpaq sahəsi var. Müəssisənin səhmlərinin cüzi hissəsi (6272 ədəd və ya 0,91%) burada çalışan işçilərin az bir qismi arasında özəlləşdirmə çekləri ödənilməklə bölüşdürülmüşdü. Halbuki qanunvericiliyə görə, onların özəlləşdirmə payı təqdim etməklə özəlləşdirilən müəssisənin səhmlərinin 15 faizini əldə etmək hüququ vardı. 2007-ci ilin iyulunda ASC-nin səhmlərinin 99,09%-i investisiya müsabiqəsi yolu ilə satışa çıxarıldı.

Bir aydan sonra Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Femida” MMC-ni müsabiqənin qalibi

elan etdi

. “Femida” MMC ümumi dəyəri 3 milyon manatdan çox olan səhmlərə görə dövlət büdcəsinə 2 milyon manat ödəməyi, ləğv olunaraq dövriyyədən çıxarılmaq üçün 40 min ədəd dövlət özəlləşdirmə çekini ƏMDK-ya təqdim etməyi öhdəsinə götürmüşdü. Bundan əlavə, “Femida” MMC iki il ərzində “Məişət Maye Qaz” ASC-yə 3 milyon manat məbləğində sərmayə qoyacaqdı. İnvestisiyalar regionlarda yerləşən maye qazdoldurma stansiyalarının yenidən qurulmasına, irihəcmli maye qaz tutumlarının quraşdırılmasına yönəldiləcəkdi. Ötən illər ərzində müəssisədə çalışanların sayı 100 nəfər artıb. Amma ASC-nin artıq cəmi iki səhmdarı qalıb. Əmək kollektivində çalışanlar səhmləri müəmmalı şəkildə əsas səhmdara və direktora satdıqdan sonra 2012-ci ilin mayında şirkət qapalı səhmdar cəmiyyətinə çevrildi.

2013-cü ildə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi və MMQ QSC-nin iştirakılə Azərbaycanda qazdoldurma stansiyalarının tikintisi layihəsinin reallaşdırılması məqsədilə birgə müəssisə

təsis etdilər

. Sıxılmış təbii qaz satışı məntəqələrinin quraşdırılması və istismarı ilə məşğul olan

“SOCAR-CNG” MMC

2018-ci ilin yayında SOCAR-ın 100% səhmə sahib olduğu “SOCAR Petroleum” QSC-yə

qoşuldu

. “SOCAR-CNG” MMC-nin Direktorlar Şurasının üzvləri arasında Rasim Salmanovla yanaşı, onun əmisi oğlu, MMQ QSC-də onun birinci müavini işləyən Elşən Vaqif oğlu

Salmanov

da vardı.

Salmanovların ailə şirkətləri

R.Abdullayev 2005-2019-cu illərdə 3 dəfə Milli Məclisin deputatı seçilib. Onun Bakının Nizami rayonundakı deputat qərargahına Rasim Salmanovun anası

rəhbərlik

edirdi. Süsən Salmanova hakim Yeni Azərbaycan Partiyası Nizami rayon təşkiatının Şura üzvü, 201 nömrəli orta orta məktəbin direktorudur.

SOCAR prezidentini Salmanovlarla bağlayan bir çox biznes telləri də var. MMQ QSC Bakıdakı istehsalat bazası Nəvai küçəsi, 15 ünvanındadır. Bu ünvanda Rövnəq Abdullayevə bağlı olan “Trust Holding” MMC və “Terminal-2A” MMC, eləcə də onun qayınatası Adəm Əliyevin direktor olduğu “Xincab” MMC (2018-ci ildə ləğv edilib) və “Bakimpeks” MMC də hüquqi ünvan alıb. “SOCAR-Petroleum” QSC-nin ortağı olan “A.P. İnternational LLC” şirkətinin (ABŞ) Azərbaycandakı filialı da bu ünvanda qeydiyyatdan keçmişdi.


“İnter Qaz Servis”


MMC

neft-qaz sektorunda təmir və tikinti işləri ilə məşğuldur. Şirkətin dövlət akkreditasiyasından keçmiş metal konstruksiyaların qeyri-dağıdıcı üsullarla sınağı

laboratoriyası

var. Bu şirkət də MMQ QSC-nin ərazisində yerləşir və baş ofisi 2008-2017-ci illərdə “Femida” MMC-nin sifarişi ilə Bakıda, Mehdi Mehdizadə küçəsində inşa olunmuş altımərtəbəli binada yerləşir. Elə “Məişət Maye Qaz” QSC-nin inzibati heyəti də bu binada məskunlaşıb.

“İnter Qaz Servis” MMC-nin direktoru Əli Mehti oğlu Abbasovdur. 2019-cu ilin fevralında Bakıda təsis edilən

“Oil And Gas Group”

MMC-yə də o rəhbərlik edir.

“İnter Qaz Servis” MMC-nin rəsmi qeydiyyat ünvanı isə Rasim Salmanovun Keşlə qəsəbəsindəki mənzilidir. Bu mənzildən 2005-2007-ci illərdə təsis edilən daha bir neçə şirkətin (

“Konfirm”

MMC,

“İntoks”

MMC,

“Nikas”

MMC,

“Prestan”

MMC,

“Zirvə-M”

MMC və

“Amitis”

MMC) dövlət qeydiyyatı üçün istifadə olunub.

“Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun 2010-cu ildə imzaladığı sərəncamla Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən “Heydər Bağı” park-bulvarı 49 il müddətinə “Konfirm” MMC-nin istifadəsinə

verilib

. Aydın məsələdir ki, rəqabətsiz, heç bir müsabiqə keçirmədən. Nizami rayonu sakinlərinin istirahət məkanlarından olan bu parkın ərazisinin bu şirkətə hansı şərtlərlə icarəyə verildiyi də ictimaiyyətə açıqlanmayıb. Salmanovlar ailəsinin şirkəti 2012-ci ildə parkın ərazisində akvaruimlardan, boulinq zalından, uşaq dərnəklərindən ibarət olan “Akvaruim” Əyləncə Mərkəzi qurub. Burada ümumi sahəsi 3000 kvadrat metr olan tikililərdə kinoteatrlar, kafelər, bilyard zalı, digər istirahət və əyləncə obyektləri fəaliyyət göstərir. Parkın altında isə avtomobil dayanacağı inşa olunub.

Diqqətçəkən məqamlardan biri budur ki, hökumət “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın 2014-cü ildə icra vəziyyəti haqda

hesabatında

bu parkın da dövlət vəsaiti hesabına yenidən qurulduğunu açıqlayıb. Halbuki Prezident İlham Əliyev 2012-ci ilin sentyabrında parkın açılışında iştirak edib. Vaxtilə SOCAR-da çalışmış və “Tərəqqi” medalı ilə təltif edilən İlham Quliyev hazırda həm “Konfirm” MMC-nin, həm də “Nizami rayonu ərazisində Naxçıvanski küçəsində Heydər bağı park bulvar” adlı hüquqi şəxsin direktorudur.

“İntoks” MMC avtomobillərin icarəyə verilməsi ilə məşğuldur. Qalan şirkətlərin nə işlə məşğul olduğu barədə ictimaiyyətə açıq məlumat yoxdur.

Rasim Salmanovun mənzilində qeydiyyatdan keçən şirkətlərdən birinə (“Prestan” MMC) əvvəllər onun kiçik qardaşı Salman Salmanov rəhbərlik edirdi. Vergilər Nazirliyinin tərtib etdiyi reyestr məlumatlarına görə, bir müddət öncə “Prestans” MMC-yə yeni direktor – Rüfət Əliyev təyin edilib. Rüfət Əliyev Rövnəq Abdullayevin nəzarətində olan şirkətlərin bir çoxunun (“Z Kommers” MMC, “AS Building” MMC, “T Agriculture” MMC, “Star-RA”MMC və “Gravitas” MMC) direktorudur.

Rasim Salmanovun oğlu, 26 yaşlı Ramiq Salmanov

“Olimp İSK”

MMC-nin direktorudur. Şirkət 2016-cı ildə

yaradılıb

. Ünvanı isə R.Abdullayevə bağlılığı olan bir çox şirkətin rəsmi qeydiyyatda olduğu Qara Qarayev prospektində yerləşən yaşayış evindəki mənzillərdən biridir. “Olimp İSK” MMC Bakıxanov qəsəbəsindəki “Olimp Arena” qapalı mini-futbol meydançasının

sahibidir

. Rəsmi sənədlərə görə, bu idman arenasının tikintisinə Bakı şəhər İH-dan 2017-ci ildə razılıq alarkən

şirkətin

sərəncamında bu ərazidə 1,25 hektar torpaq sahəsi vardı.

Salmanovların nəzarətində olan başqa bir şirkət isə 1999-cu ildə yaradılmış

“Maye Qaz Xidməti”

ASC idi. Rasim Salmanovun digər qardaşı, Müzəffər Salmanov bu SC-də 64%-dək səhmi

vardı

. “Maye Qaz Xidməti” ASC 2016-cı ildə ləğv

edilib

.

Salmanovların neft məhsulları ticarəti sahəsində biznesi 2016-cı ildə Azərbaycan hüdudlarını aşaraq İsveçrəyədək gedib çıxıb. Cenevrədə 100 min İsveçrə frankı kapitalla yaradılan

“Twenty Trade SA”


şırkətinin

prezidenti Rasim Salmanovdur. Ramiq Salmanov şirkətin direktorlarındandır. Şirkətin korporativ internet səhifəsində deyilir ki, “

Twenty Trade SA

”-nın Türkiyədə və BƏƏ-də nümayəndəlikləri var və o, maye qaz və bio-dizel məhsullarının dünya bazarlarında ticarəti ilə məşğuldur.

Ana səhifəSiyasətRövnəq Abdullayevin “qaz vurub qazan dolduran” yeznəsi