Roman Protaseviç : Mən etirafedici ifadələr verirəm

Belarusda saxlanılan blogerin videoifadəsi yayılıb

Source: euroradio



Belarusda saxlanılan blogerin videoifadəsi yayılıb

Belarusun hakimiyyətyönlü teleqram-kanalı Minskdə saxlanılmış Roman Protaseviçin videosunu yayıb. Həmin videoda o, Minsk şəhərinin 1 saylı istintaq təcridxanasında olduğunu söyləyir.

“İstintaq təcridxanasının əməkdaşlarının mənə münasibəti son dərəcə nəzakətli və qanuna uyğundur. Hazırda istintaqla əməkdaşlığa davam edirəm və Minsk şəhərində kütləvi iğtişaşların təşkil olunması faktı üzrə etirafedici ifadələr verirəm”, – Roman kameraya deyir.

Belarus DİN-də həmçinin

bəyan ediblə

r ki, o, Minsk şəhərinin 1 saylı istintaq təcridxanasındadır. Qurumda bazar ertəsi sosial şəbəkələrdə yayılmış informasiyanı təkzib ediblər. Həmin məlumata görə, jurnalist paytaxt xəstəxanalarından birinə düşmüşdü.

Bloger, fotoqraf, Belarusda ekstremist kimi tanınan teleqram-kanalların sabiq və hazırkı redaktoru Roman Protaseviç, mayın 23-də Minsk hava limanında saxlanılıb. “Ryanair” şirkətinə məxsus, Litvadan Yunanıstana uçan təyyarə Minskdə məcburi şəkildə yerə endirilib. Protaseviç Belarusda hakimiyyət tərəfindən terrorçular siyahısına salınıb və ona münasibətdə dövlətlərarası axtarış elan edilib.

Təyyarə göyərtəyə bomba yerləşdirilməsi xəbərinə görə Belarusda yerə enmək məcburiyyətində qalıb, halbuki sonradan bu xəbərin yalan olduğu üzə çıxıb. Protaseviçi saxlayıblar, təyyarə 7 saatdan artıq Minskdə qalıb, sonra Litva paytaxtına qayıdıb.


Reysin sərnişinləri nə danışır?

Sərnişinlərdən birinin dediyinə görə, göyərtədə nə baş verdiyini heç kəs izah etməyib,

"Novaya qazeta-Baltiya"

xəbər verir.

“Bizi qırıcı təyyarələrlə Minskdə yerə endirdilər, elə onlarla da Litvaya yola saldılar”, – qadın söyləyib. O, Protaseviçi də görüb. Qadının dediyinə görə, təyyarənin Minskdə yerə enəcəyini eşidəndə Romanın “üzü kağız tək ağardı”. “Onu ölüm cəzası təhlükəsi gözlədiyini dedi. Biz onun sevgilisi ilə bərabər intizardolu saatlar yaşadıq. Qız yanında dayanmışdı və biz ona elə-hey necə kömək edə biləcəyimiz barədə düşünürdük. Amma yaranmış vəziyyətdə əlimizdən heç nə gəlmirdi”, – sərnişin danışır.


Belarus üzərində uçuşlar

Mayın 24-də Avropa İttifaqı sammiti Belarus aviaşirkətlərinin Aİ hava limanlarına reyslərini və Avropa İttifaqı ərazisi üzərində uçuşları

qadağan etməyi qərara alıb

.

“Belavia” mayın 25-dən oktyabrın 30-dək London və Parisə reyslərin ləğv olunduğunu artıq bəyan edib. Belə ki, Böyük Britaniya və Fransaya uçuşların lisenziyasından məhrum olub. Bundan əvvəl Litvaya olan reyslər təxirə salınıb.

Avropa İttifaqının liderləri həmçinin Avropanın təyyarə şirkətlərini Belarus səmasında uçuşlardan qaçmağa çağırıb. Fransanın “Air France”, Finlandiyanın “Finnair” və “Singapore Airlines” aviaşirkətləri artıq Belarusun hava məkanında uçmayacaqlarını elan edib. Yekun bəyanatda həmçinin Vətəndaş Aviasiyası Beynəlxalq Təşkilatının “Ryanair” təyyarəsi ilə Litvadan Yunanıstana uçan sərnişinlə bağlı olayın istintaqına başlamasına dair çağırış var.

Belarusa aid fiziki şəxslərə və şirkəıtlərə qarşı sanksiyaların yeridilməsinin tezləşdirilməsi qərara alınıb. Bu, Aİ-nın “Ryanais” təyyarəsi ilə bağlı olaya cavabıdır.

Aİ Roman Protaseviçin və onunla birgə təyyarədə olan sevgilisi Sofiya Sapeqanın dərhal azad olunmasını tələb edir.

Ana səhifəDünyaRoman Protaseviç : Mən etirafedici ifadələr verirəm