Mənbə: Meydan TV

Rokçu: “Karantin dövrünün yaxşı tərəfi də var”

Rokçu: “Karantin dövrünün yaxşı tərəfi də var”

Yusif Abbasov Gənc musiqiçidir. Turizm Universitetinin Turizm və Otelçilik ixtisasına qəbul olsa da, musiqiyə olan böyük marağı, onu təhsilini yarımçıq qoyaraq bu sahayə yönəlməyə sövq edib. Həvəskar kimi musiqi ilə məşğul olmağa başlayıb, indi o Bakıda musiqili kafe-publarda canlı çıxışlar edir. Bir neçə mahnıların söz və musiqisinin müəllifidir. Əsasən rok janrına üstünluk verən Yusif, pandemiya ilə əlaqədar karantin dövründə işlərinin dayandığını, gəlirinin olmadığını deyir. Musiqiçi, karantin dövrünün ziyanları ilə bərabər həm də xeyrindən danışır:

“Karantinin ilk aylarında mənim üçün bütün həyat dayanmışdı. Qəribə boşluqda hiss edirdim özümü. Hamı karantinin pis tərəflərindən danışır və bununla bağlı günlərlə danışmaq olar. Mən istəyirəm yaxşı tərəfindən danışım. Filmlər izləməyə başladım, kitablar oxudum. Karantin olmasaydı, heç vaxt həmin kitabları oxumaq ağlıma gəlməzdi. Baxdığım filmlərə musiqilər yazmağa başladım”. Yazdığı mahnılarda sevgidən daha çox sosial problemləri, çətinlikləri əks etdirən musiqilərə üstünlük verən rokçu hazırda mövcud şərait ilə əlaqədar evdə fəaliyyətini davam etdirir və sözləri Mirzə Ələkbər Sabirin olan “Hop-hop” mahnısının üzərində işləyir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/3rsdsp

Ən çox baxılan