Apelyasiya Məhkəməsi sabiq prezidentin iddiasını təmin edib
Ermənistanın Apelyasiya Məhkəməsi sabiq prezident Robert Köçəryanın barəsindəki həbs-qətimkan tədbirini dəyişdirib və onu polis nəzarəti altında olmaqla şərti azadlığa buraxıb.
Məlumatı “
Ria Novosti
”-yə vəkil Ruben Saakyan verib.
Vəkil deyib ki, Apelyasiya Məhkəməsi sabiq prezidentin müdafiə iddiasını təmin edib.
Robert Köçəryan
iyulun 28-də
Yerevan Şəhər Məhkəməsinin qərarı ilə həbs olunmuşdu.
Sabiq prezident Robert Köçəryan 2008-ci il prezident seçkilərindən sonra martın 1-də paytaxtda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Hadisələr nəticəsində 10 nəfər ölüb.