Müğənninin bacısı oğlu şikayətçi imiş
Müğənni Riki Martin məhkəmədə qohumuna qalib gəlib.
İyulun əvvəlində sənətçinin 21 yaşlı bacısı oğlu Dennis Yadiel Sançes məhkəməyə müraciət edərək dayısını insestdə (ailə üzvləri yaxud qan qohumları arasındakı seksual münasibət) ittiham edib.
Dediyinə görə, dayısı ona yeddi ay ərzində fiziki və psixoloji təcavüz göstərib.
Riki Martin isə ittihamları rədd edib.
Hakim müğənninin qohumunun ona qarşı həbs-qətimkan tədbirinin görülməsi ilə bağlı verdiyi vəsatəti rədd edib.
Həmçinin Martinin vəkilləri bildiriblər ki, Dennis Yadiel Sançes məhkəməyə verdiyi iddiasını heç bir kənar təsir və təzyiq olmadan geri götürüb.
Onlar müğənninin qohumunun psixi problemlərinin olduğunu deyiblər.
İfaçının günahı sübuta yetirildiyi təqdirdə onu Puerto-Riko qanunlarına görə 50 ilədək həbs cəzası gözləyirdi.
Riki Martin 2017-ci ildən eynicinsli nikahdadır və surroqat analardan dörd övladı var.