Rəsul Cəfərovun həbs müddəti uzadıldı

Məhkəmə Rəsul Cəfərovun daha 3 ay həbsdə qalması ilə bağlı qərar çıxarıb

Source:


Məhkəmə Rəsul Cəfərovun daha 3 ay həbsdə qalması ilə bağlı qərar çıxarıb

Oktyabrın 23-də Nəsimi  rayon məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə hüquq müdafiəçisi Rəsul Cəfərovun həbs müddətinin uzadılması ilə bağlı istintaqın verdiyi təqdimat əsasında vəsatətə baxılıb.

Bu barədə RATİ-nin hüquqşünası Günay İsmayılovanın özünün Facebook səhifəsində yazdığına görə, hakim hüquq müdafiəçisinin həbs müddətinin daha 3 ay müddətinə(gələn ilin fevral ayı) uzadılması barədə qərar qəbul edib.

Xatırladaq ki, Rəsul Cəfərov avqustun 2-də həbs edilib və ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 213(vergidən yayınma) və 308(vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ittiham irəli sürülüb, barəsində 3 aylıq həbs tədbiri seçilib.  Qeyd edək ki, Amnesty İnternational Cəfərovu “vicdan məhbusu” kimi tanıyıb.

Bir çox beynəlxalq hüquq müdafiə təşkilatları onun azad edilməsinə çağırıblar.

Ana səhifəXəbərlərRəsul Cəfərovun həbs müddəti uzadıldı