Rəsmilər koronavirusa yoluxmuş şəxsin Azərbaycan ərazisindən keçməsinə aydınlıq gətiriblər

Komitənin açıqlamasında bildirilib ki, hazırda həmin şəxslə təmasda olan əməkdaşlar müəyyənləşdirilərək müşahidə altına alınıb.

Source: Foto: sosial şəbəkə


“Yoxlama zamanı onun səhhətində şübhə doğuran əlamətlər qeydə alınmayıb”


Azərbaycan Dövlət Gömrük Komitəsi

(DGK) Gürcüstan Səhiyyə naziri Ekaterine Tikaradzenin 26 fevral açıqlaması ilə bağlı məlumat yaylb.

Gürcüstanın Səhiyyə naziri

Ekaterine Tikaradze

dünən İrana işgüzar səfərə getmiş bir Gürcüstan vətəndaşının koronavirusa yoluxduğunu açıqlayıb.

E.Tikaradze çərşənbə axşamı Azərbaycan üzərindən Gürcüstana qayıdan şəxsin dərhal Tbilisi yoluxucu xəstəliklər xəstəxanasına çatdırıldığını və onun sərhədçilərdən başqa digər vətəndaşlarla heç bir ünsiyyətinin olmadığını deyib.

DGK nazirin koronavirusa yoluxan şəxsin Azərbaycandan keçdiyini təsdiqləyib. O bildirib ki, həmin şəxs fevralın 25-də saat 06:50-də Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük-keçid məntəqəsi vasitəsilə ölkə ərazisinə gəlib.

Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi

“Təlimata uyğun şəkildə inzibati binaya daxilolmadan və binanın içərisində portativ termometrlərlə, daha sonra isə stasionar termovizorla yoxlanılıb. Yoxlama zamanı onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlər qeydə alınmayıb. Həmin vətəndaş fevralın 25-də saat 17:09-da Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postu vasitəsilə ölkəni tərk edib”.

Komitənin açıqlamasında bildirilib ki, hazırda həmin şəxslə təmasda olan əməkdaşlar müəyyənləşdirilərək müşahidə altına alınıb.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri fevralın 27-də qonşu ölkənin nazirinin açıqlaması ilə bağlı birgə məlumat yayıb.

“Mümkündür ki, xəstəliyin xarakterinə uyğun olaraq Astara gömrük–keçid məntəqəsindən Gürcüstan sərhədinə qədər məsafənin qət edildiyi 10-12 saat ərzində xəstəliyin əlamətləri üzə çıxıb. Belə ki, virusun inkubasiya dövrü 14 günə qədərdir və həmin müddətdə xəstəliyin simptomları gizli qala bilər”.

Ana səhifəSosialRəsmilər koronavirusa yoluxmuş şəxsin Azərbaycan ərazisindən keçməsinə aydınlıq gətiriblər