Rəsmi qəzet bir ideologiyalı sistemin vacibliyindən yazdı

İsa Qəmbər: “Düşünmürəm ki, bunu qanun səviyyəsinə yüksəltmək qədər deqradasiyaya uğrasınlar”.

Nurəddin Məmmədli: “Heydər Əliyev kursunu qəbul etmək Azərbaycanın totalitarlaşması və cəmiyyətdəki bütün yüksək tendensiyaların məhv olmasıdır”.

Rasim Ağayev: “Leqal addım atılacaqsa, konstitutsiya da, insanların təfəkkürü də dəyişilməlidir”.

Source:


İsa Qəmbər: “Düşünmürəm ki, bunu qanun səviyyəsinə yüksəltmək qədər deqradasiyaya uğrasınlar”.


Nurəddin Məmmədli: “Heydər Əliyev kursunu qəbul etmək Azərbaycanın totalitarlaşması və cəmiyyətdəki bütün yüksək tendensiyaların məhv olmasıdır”.


Rasim Ağayev: “Leqal addım atılacaqsa, konstitutsiya da, insanların təfəkkürü də dəyişilməlidir”.

“Azərbaycan” qəzetinin 19 iyul sayında nəşrin parlament və siyasət şöbəsinin redaktoru İxtiyar Hüseynli “Siyasi sistemdə yeni konfiqurasiya: istinadgah Heydər Əliyev kursudur” başlıqlı məqalə ilə çıxış edib. Müəllif məqaləsinə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Milli lider həyatdan getsə də, onun siyasi xətti institusionallaşır – siyasi idarəçilik nəzəriyyəsinə, alternativi olmayan dövlətçilik fəlsəfəsinə, milli quruculuğun nəzəriyyə və təcrübəsinə çevrilir” sözləri ilə başlayır.

Məqalənin əsas məğzi ölkədə bütün partiyaların Heydər Əliyev kursuna əsaslanmasının vacibliyi təşkil edir. Müəllif bunu gizlətmir də və “ “Azərbaycanda Heydər Əliyev kursu bütün siyasi partiyaların, qrup təsisatlarının fəaliyyət amalına, əsaslandığı ideyaya, təmsilçisi olduğu siyasi görüşə çevrilməlidir. qarşıdakı illərdə bu tendensiya daha da geniş miqyas almalı, siyasi təşkilatlar birmənalı şəkildə azərbaycançı qüvvələrdən təşkil edilməli və siyasi sistem də ən doğru irsə – Heydər Əliyev kursuna əsaslanan partiyalardan ibarət olmalıdır. Gələcək dövrdə partiyaların iqtidar və müxalifət mövqeyində fərqlənməsi, bir-birləri ilə kəskin siyasi mübarizələri yalnız bir məramda vəhdət təşkil etməlidir: Azərbaycanın maraqları və Heydər Əliyev dövlətçilik kursuna əsaslanmaq” – deyə bildirir.

Müəllif fikrini əsaslandırmaq üçün son iki əsrin dünya tarixinə müraciət edərək yazır: “ABŞ üçün İstiqlaliyyət Bəyannaməsinin müəllifləri olan “bani atalar”, Hindistan üçün Mahatma Qandi, Çin üçün Mao Tszedun və Den Syaopin, Türkiyə üçün Mustafa Kamal Atatürk nədirsə, Azərbaycan üçün də Heydər Əliyev kursu o olmalıdır, bu kursu yalnız bir partiyanın, “açıq desək, ancaq YAP-nın fəaliyyət müstəvisində məhdudlaşdırmaq olmaz”.

Meydan TV məsələ ilə əlaqədar Müsavat Partiyasının başqanı İsa Qəmbərə, AXCP sədrinin müavini Nurəddin Məmmədliyə və politoloq Rasim Ağayevə müraciət edib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib ki, yazılanlar Əliyev rejiminin xam xəyalıdır. Partiya başqanı hakimiyyətin bütün insanları və qurumları öz iradəsinə tabe etdirmək istəyində olduğunu hesab edir: “Məhz buna görə də gerçək müxalifət partiyalarına, gerçək mediaya, QHT-lərə hərtərəfli təzyiqlər göstərilir. Məqsəd hər kəsi hakimiyyətin iradəsinə tabe etdirməkdir”.

Ancaq İsa Qəmbər Əliyev rejiminin bu niyyətinə çatmayacağını düşünür. Azərbaycan xalqı azad və ləqayətli həyat yaşamağa qadirdir:

“Hər zaman ləqayətli nümunələr ortalığa qoyan siyasi qüvvələr də meydana çıxardacaq, bütövlükdə vətəndaş cəmiyyəti Azərbaycanın demokratik inkişafı uğrunda mübarizəsini davam etdirəcək. Müsavat Partiyası 100 ildir bu yolu gedir və heç kim də partiyamızı bu yoldan çəkindirə bilməyib. Əliyev rejimi də çəkindirə bilməyəcək. Bütün siyasi qüvvələr Rəsulzadə ideyalarından, müsavatçılıq dəyərlərindən əsaslanmalıdır, bunun da mahiyyəti Azərbaycanın müstəqilliyi və vətındaşının xoşbəxtliyidir” – deyə İsa Qəmbər bildirib.

Müsavat Partiyasının başqanı Ədliyyə Nazirliyinin bu yöndə hər hansı atmasının mümkünlüyü barədə suala belə cavab verdi: “Yox, bu dəfə dediyiniz ardıcıllıqla deyil, hakimiyyət 21 ildir bunu həyata keçirməyə çalışır. Indi isə arzularını bir növ dilə gətiriblər, görünür, 14 iyul civarında hakimiyyətdəkilərin arzuları canlanıb. Düşünmürəm ki, bunu qanun səviyyəsinə yüksəltmək qədər deqradasiyaya uğrasınlar. Amma öz problemləridir, bunu qanuna çevirsələr də, heç bir halda Azərbaycan cəmiyyətində özünə hörmət edən qüvvələr üçün məqbul ola bilməz”.

AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, siyasət problemləri yaratmaq yox, həll etmək məqsədi daşımalıdır: “Əgər Heydər Əliyev kursu Azərbaycanın problemlərini həll etsəydi, bu ideyanı qəbul edib Azırbaycanın xilası üçün səy göstərməliydik. Amma təəssüflər ki, Əliyev siyasi kursunda nümunə olacaq və Azərbaycana fayda verəcək nəsə yoxdur. Birinci Əliyevin dövründə ərazilərimiz işğal olunub və azad olunması istiqamətində heç bir iş görülməyib. Rüşvətxorluq, yaltaqlıq, məddahlıq dövlət siyasətinə çevrilib. Bu gün Azərbaycanda belə yanaşmalar mandat qazanmaq vasitəsi olub. Ona görə Heydər Əliyev kursunu qəbul etmək Azərbaycanın totalitarlaşması və eyni zamanda, cəmiyyətdəki bütün yüksək tendensiyaların məhv olmasıdır”.

N.Məmmədli müəllifin mandat almaq istəyini istisna etməyib: “Çünki artıq yarış başlanıb”.

Politoloq Rasim Ağayev Azərbaycanın ötən əsrin 20-ci ilindən 91-ci ilinə qədər bir partiya tərəfindən idarə olunduğunu xatırladıb müəllifin fikirlərində yeni bir yanaşma olmadığını bildirdi: “Ancaq 80-ci illərin sonlarından gündəmə çıxan fərqli siyasi meyllər, o cümlədən Kommunist Partiyasının daxilində olan fərqli baxışlar vəziyyəti dəyişdi. Bundan sonra SSRİ rəhbərliyi ölkə konstitutsiyanın 6-cı maddəsinin ləğvinə məcbur oldu. Ardınca ictimai razılaşma oldu ki, plüralizm cəmiyyəti qurulsun”.

Rasim Ağayev Yeni Azərbaycan Partiyasının yarandığı vaxt siyasi plüralizm platformasından çıxış

etdiyini söylədi: “Mən inanmıram ki, Ramiz Mehdiyev indiki zamanda belə təkliflə çıxış etsin. Görünür, kimsə ona yaltaqlanır. Əslində, siyasi atmosferdə və kursda da belə meyl var. Məncə, indiki vəziyyət hakimiyyəti qane edir, çünki güclü hakim partiya öz kursunu bərqərar edib respublikanı idarə edirlər, ətraflarında da başqa qüvvələr var. Müəyyən mənada bunu plüralizm kimi qəbul etmık olar. Ancaq leqal addım atılacaqsa, konstitutsiya da, insanların təfəkkürü də dəyişilməlidir. Artıq yeni nəsil meydana gəlir ki, onları belə təklif qane etməz”.

Ana səhifəXəbərlərRəsmi qəzet bir ideologiyalı sistemin vacibliyindən yazdı