- 12:30
Canlı bloq-Prezident seçkisi
Canlı bloq-Prezident seçkisi
seçki başladı
- 23:18
7 fevral növbədənkənar Prezident seçkisidir
7 fevral növbədənkənar Prezident seçkisidir
Namizədliyin irəli sürülməsi də təsdiq olunub
Mərkəzi Seçki Komissiyasının (MSK) hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi, hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyini qeydə aldığı bildirilir.
Bu barədə dekabrın 30-da komissiyanın iclasında qərar qəbul edilib.
Eyni zamanda, komissiyanın iclasında müstəqil şəkildə seçki prosesinə qatılan Namizəd Səfərovun namizədliyinin irəli sürülməsi də təsdiq olunub.
- 23:06
7 fevral növbədənkənar Prezident seçkisidir
7 fevral növbədənkənar Prezident seçkisidir
Mərkəzi Seçki Komissiyasının (MSK) hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi, hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyini qeydə aldığı bildirilir.
Bu barədə dekabrın 30-da komissiyanın iclasında qərar qəbul edilib.
Eyni zamanda, komissiyanın iclasında müstəqil şəkildə seçki prosesinə qatılan Namizəd Səfərovun namizədliyinin irəli sürülməsi də təsdiq olunub.
- 16:54
Prezident Administrasiyası görüşlə bağlı açıqlama yaydı
Prezident Administrasiyası görüşlə bağlı açıqlama yaydı
Azərbaycanın Prezidentinin Administrasiyası Yevlaxda keçirilən görüşlə bağlı açıqlama yayıb.
Bildirilir ki, sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov da iştirakçı qismində görüşə qatılıb.
Bildirilir ki, Ramin Məmmədov tərəfindən reinteqrasiya üzrə planlar təqdim edilib.
“Konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb”, – məlumatda deyilir.
Məlumatda daha sonra deyilir ki, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.
“Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır. Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib”, – PA-nın məlumatında deyilir.
- 14:26
Qarabağın erməni əhalisi arasında silahı yerə qoymaqdan imtina edənlər var
Qarabağın erməni əhalisi arasında silahı yerə qoymaqdan imtina edənlər var
Ermənistanın keçmiş “DQR” generalı Karen Cavalyanın əsgərləri ilə birlikdə silahı yerə qoymaqdan imtina etdiyi bildirilir.
Bu barədə “CaucasusWarReport” “Twitter” hesabında paylaşım edib.
Məlumatda deyilir ki, Qarabağın erməni əhalisi indi ikiyə bölünüb, bir qrup hələ də vuruşmaq istəyir, digəri isə təslim olmağa çağırır.
- 14:25
Yevlaxdakı görüş başa çatıb
Yevlaxdakı görüş başa çatıb
Azərbaycan rəsmiləri ilə Qarabağın erməni əhalisinin nümayəndələri arasında keçirilən görüş başa çatıb. Erməni icmasının nümayəndələri Yevlaxı tərk edib.
Görüşün detalları hələ rəsmi açıqlanmayıb.
Rəsmi məlumatlara görə, Yevlax görüşündə Azərbaycanın mərkəzi hakimiyyətini Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov, Qarabağın erməni sakinlərini isə Sergey Martirosyan və David Melkumyan təmsil ediblər.
Rusiya sülhməramlı kontingentinin nümayəndəsi görüşə iştirakçı kimi qatılıb.
- 12:59
Qarabağdakı separatçı rejim atəşkəsin pozulduğunu deyir, Müdafiə Nazirliyi təkzib edir
Qarabağdakı separatçı rejim atəşkəsin pozulduğunu deyir, Müdafiə Nazirliyi təkzib edir
Ermənistan mediası “Artsax Daxili İşlər Nazirliyi”nə (Qarabağdakı separatçı rejim) istinadən yazır ki, Azərbaycanın silahlı qüvvələri sazişi pozaraq qonşu rayonlardan Stepanakertə (Xankəndi) odlu silahlardan atəş açır.
Şəhərin mərkəzində də atışma səslərinin eşidildiyi bildirilir.
Azərbaycanın Müdafiə Nazirliyi deyilənləri yalan və dezinformasiya adlandırır.
- 11:36
Qarabağın erməni əhalisinin nümayəndə heyəti artıq Yevlaxdadır
Qarabağın erməni əhalisinin nümayəndə heyəti artıq Yevlaxdadır
Azərbaycan tərəfindən danışıqları Milli Məclisin deputatı Ramin Məmmədovun aparacağı bildirilir
Qarabağın erməni əhalisinin nümayəndə heyəti Rusiya sülhməramlılarının müşayiəti ilə artıq Yevlaxa gəlib və orada Azərbaycan tərəfinin nümayəndələri ilə görüş keçirəcək.
“Armpress” xəbər verir ki, erməni əhalisinin nümayəndə heyətinin 2 üzvü var, onlardan biri “Artsax Milli Assambleyasının Artsax Demokratik Partiyası” fraksiyasının lideri David Melkumyandır.
Azərbaycan mətbuatı yazır ki, ilkin məlumata görə, Azərbaycan tərəfindən danışıqları bu ilin mart ayından Prezident tərəfindən Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Milli Məclisin deputatı Ramin Məmmədov aparacaq.
Updated at: 12:54
Bu yazı 2 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 21 Sentyabr 2023 11:35
Son dəyişiklik: 21 Sentyabr 2023 12:59