Rəsmi: Bakıda qarda yıxılan 16 nəfər xəsarət alıb, onlardan biri xəstəxanaya yerləşdirilib

Qarda yıxılan. Mənbə: Vaillery/shutterstock

Xəsarət alanların əksəriyyəti qadınlardır

Bakıda qarlı hava şəraiti ilə əlaqədar olaraq dekabrın 8-də axşam saatlarından etibarən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 12 nəfər (11 qadın, 1 kişi) müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib.

Səhiyyə Nazirliyi ilə TƏBİB-in birgə məlumatına görə, zərərçəkənlər tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

“Həmçinin qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 16 müraciət daxil olub. Onlardan 13-ü qadın, 3-ü kişidir.  Müraciətlər əsasən oynaq, çanaq, bilək, topuq, əl nahiyələrinin taravmaları ilə bağlı olub.  Xəsarət alanlardan biri uşaq, digərləri isə 42-61 yaş aralığında şəxslər olub. Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub”, – məlumatda vurğulanıb.

Ana səhifəXəbərlərRəsmi: Bakıda qarda yıxılan 16 nəfər xəsarət alıb, onlardan biri xəstəxanaya yerləşdirilib