Rəsmi: Azərbaycanda daha bir nəfər koronavirusdan öldü

41 nəfər müalicə nəticəsində sağalaraq evə buraxılıb.

Source: google.az


67 yeni infeksiyaya yoluxma faktı qeydə alınıb

Aprelin 11-də Azərbaycanda 67 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər ölüb, 41 nəfər müalicə nəticəsində sağalaraq evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, 1935-ci il təvəllüdlü vətəndaşın anamnezində ürək ritminin pozulması, ürəyin işemik xəstəliyi, postinfarkt kardioskleroz olduğu göstərilib, ondan koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxıb. Bütün zəruri tibbi tədbirlərin həyata keçirilməsinə baxmayaraq pasiyent vəfat edib.

Hazırda Azərbaycanda 1058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edildiyi qeyd olunur:

“Onlardan 200 nəfəri müalicə olunaraq sağalıb, 11 nəfər ölüb, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ümumilikdə karantin zonalarına yerləşdirilən 2840 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir”.

Ana səhifəSosialRəsmi: Azərbaycanda daha bir nəfər koronavirusdan öldü