Bir nəfər ölüb
Nazirlər Kabineti
yanında operativ qərargahın məlumatına görə, aprelin 14-də Azərbaycanda koronavirusa yoluxan 1933-cü il təvəllüdlü vətəndaş ölüb.
Məumata əsasən, ölkədə 49 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Operativ Qərargah hazırda 1197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edildiyini, onlardan 351 nəfərinin müalicə olunaraq sağaldığını, 13 nəfərin vəfat etdiyini, 833 nəfərin isə xüsusi rejimli xəstəxanalarda müalicəsinin davam etdirildiyini qeyd edib.
Eyni zamanda, əlavə olunub ki, həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 28 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.