Rəsmi: 200 məhkum azadlığa buraxılıb

Cəza müddətinin bitməsinə az qalmış məhkumlarla bağlı qərar verilib

Source:


Cəza müddətinin bitməsinə az qalmış məhkumlarla bağlı qərar verilib

Azərbaycanda 200 məhkumun vaxtından əvvəl azadlığa buraxıldığı deyilir.

Bu barədə məlumatı

Ədliyyə Nazirliyi

nin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, qurumun penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçib, məhkum və təqsirləndirilən şəxslərin yaxınları ilə görüşləri və sovqatların ötürülməsi məhdudlaşdırılıb, bütün əməkdaşların və məhbusların sağlamlığı daim nəzarətdə saxlanılmaqla gündəlik tibbi müayinəsi, termometriyası aparılır. Hazırda onların səhhəti normaldır və heç bir ciddi xəstəlik müəyyən edilməyib.

“Məhkumların hüquqlarının qorunması məqsədilə növbətçi hakimlər tərəfindən həmin işlərə təxirəsalınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb. Bayram günlərində öz ailələrinə qovuşan məhkumlar və onların yaxınları tərəfindən bu humanist institutun tətbiqi böyük sevinclə və dövlətə minnətdarlıq hissi ilə qarşılanıb. Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir”, – deyə məlumatda bildirilir.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisələrində saxlanılan dustaqların bir hissəsi azadlığa buraxılır.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da cəzasının bitməsinə az qalmış məhbusların azad olunması haqda məlumat

verib

.

Onun sözlərinə görə, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu adından koronavirus pandemiyası təhlükəsinə görə Prezident Administrasiyasına müraciət edilib: “Artıq cəza müddətinin başa çatmasına az qalan dustaqların buraxılmasına başlanılıb. Bu, hələlik cəza müddətinin bitməsinə 3 ay qalan məhbuslara şamil olunur, daha sonra 6 ay və 9 ay qalanlara aid olunacaq. Proses aprel ayınadək davam edəcək. Bu, ölkə başçısının humanist addımının nəticəsidir ki, belə çətin vəziyyətdə bir çox məhkum ailələrinin yanında olsun”.

Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov isə Meydan TV-yə məsələdən xəbərsiz olduğunu deyib:

“Mən tapşırıqla bağlı müəssisəyə getmişəm, hazırda işdə deyiləm. Ona görə də məlumatsızam”

Ana səhifəXəbərlərRəsmi: 200 məhkum azadlığa buraxılıb