Rəqibi: Həbib Nurmaqomedov Rusiya bayrağı altında döyüşməyəcək Döyüşçü revanşa çağırılır

Həbibə məğlub olduqdan sonra bir il döyüşlərdə iştirak etməyən irlandiyalı idmançı oktaqona qayıdışı barədə bəyan edib. O, Nurmaqomedovla revanş döyüşə nail olmaq və onu Moskvada keçirmək istəyir

Source: kp.ru

Məqalə

Кавказский Узел

saytında dərc olunub

Dağıstanlı döyüşçü Həbib Nurmaqomedov Rusiyanın tərəfində döyüşmür, yəni döyüşlərə bu ölkənin bayrağı altında çıxmır. Rəqibi Konor Makqreqor bəyan edib. İdmançının dediyinə görə, onun Həbiblə revanşı qaçılmazdır.

“Kavkazski uzel”in yazdığına görə, 2018-ci il oktyabrın 7-də Las-Veqasda keçirilən UFC 229 yarışında Həbib Nurmaqomedov irlandiyalı Konor Makqreqora qalib gəlib və yüngül çəkidə çempion kəmərini qoruyub saxlayıb. 2018-ci il oktyabrın 16-da Nurmaqomedov Makqreqorla döyüş-revanşdan imtina edib, hərçənd idmançı ona 15 milyon dollar təklif edib. Lakin yanvarın 1-də UFC-nin prezidenti Deyn Uayt bəyan edib ki, Konor Makqreqorla Həbib Nurmaqomedov arasında təkrar döyüş 2019-cu ildə baş tutacaq.

Döyüşdən sonra Nurmaqomedovla rəqibin komanda üzvləri arasında dava baş verib. Nevadanın atletik komissiyası hər iki döyüşçünü 2018-ci il dekabrın 10-dək döyüşlərdən kənarlaşdırmaq qərarını alıb. Qarışıq üslublu irland döyüşçü, iki çəki kateqoriyasında UFC-nin keçmiş çempionu Konor Makqreqor bu gün Moskvada mətbuat konfransı keçirib. Makqreqorun fikrincə, Həbib “risk etməkdən qorxur” və “yalnız qalib gələ biləcəyi kəslərlə döyüşür”.

Həbibə məğlub olduqdan sonra bir il döyüşlərdə iştirak etməyən irlandiyalı idmançı oktaqona qayıdışı barədə bəyan edib. O, Nurmaqomedovla revanş döyüşə nail olmaq və onu Moskvada keçirmək istəyir.

“Ona dedim ki, (Nurmaqomedov – “Kavkazski uzel”in qeydi) haracan istəyirsən qaç, amma revanşdan canını qurtara bilməyəcəksən” (…) Nurmaqomedovun Rusiyanı təmsil etdiyini sanmıram, onun bayrağı hardadır? Mən İrlandiyanı təmsil edirəm və həmişə döyüşə irland bayrağı altında çıxıram. Nurmaqomedov Rusiyanın tərəfində döyüşmür”, – “

Çempionat.com

” Makqreqordan sitat gətirir.

Makqreqor elə həmin mətbuat konfransında bəyan edib ki, rəqibinin vətəninə – Dağıstana ayaq basmaq istəmir.

O, Həbibin yerlilərini yaxşı qiymətləndirməyib. Hərçənd rəqibi ilə nə vaxtsa barışacağını da istisna etmir.“Mən Həbibə nifrət bəsləmirəm. Bu, qızğın rəqabətdir və tezliklə çözüləcək. Bəlkə də nə vaxtsa barışarıq”, – o deyib.

Ana səhifəDünyaRəqibi: Həbib Nurmaqomedov Rusiya bayrağı altında döyüşməyəcək Döyüşçü revanşa çağırılır