REN TV-nin aparıcısı keçmiş azərbaycanlı hərbçiləri “terrorçu” adlandırdı

Nurəddin İsmayılov: “Azadlığı uğrunda döyüşən Ukraynanın yanındayam”

İsa Sadıqov: “Biz Qarabağı, Xocalını unutmamışıq və kimin terroist olduğu da bəllidir”

Rusiyanın REN TV kanalında yayımlanan  “Hərbi sirr” İqor Prokopenko ilə” ( "Военнаya тайна" с Игорем Прокопенко - https://www.youtube.com/watch?v=ivvy7R56LHc) verilişinin 21 mart 2015-ci buraxılışı  “Rusiya-Ukrayna müharibəsinə həsr olunub. Əsasən qafqazlı terroristlərin Ukrayna hərbi birləşmələrilə birlikdə Rusiyaya qarşı döyüşdükləri vurğulanıb.

Verilişin aparıcısı qeyd edib ki, Ukraynada Rusiyaya qarşı döyüşən islamçı-terrorçular arasında iki azərbaycanlı da var. Onlardan  biri Qarabağ döyüşlərində batalyon komandiri olmuş Nurəddin İsmayılov, digəri isə hazırda Norveçdə mühacir həyatı yaşayan, polkovnik İsa Sadıqovdur.

Verilşin aparıcısı İqor Prokopenko onların Cövhər Dudayev adına Könüllülər Batalyonunda fundamental islamçılar, terrorçu və banditlərlə birlikdə Rusiyaya qarşı vuruşduğunu iddia edərək deyir: “Belə könüllülər arasında  İslamçı-Bozqurd dəstəsinin keçmiş  komandiri, 703 sayli briqadanın tərkibində Azərbaycan tərəfindən Dağılq Qarabağda döyüşən Nurəddin İsmayılov və  “Bozqurd”çu dəstəsinin daha bir keçmiş döyüşçüsü İsa Sadıqovdur. İsa Sadıqov 1990-ci illərdə Azərbaycan müdafiə nazirinin müavini olub. Sonra isə axtarışa verilib. Lakin bu, onun 2004-cu ildə Norveçdə məskunlaşmasına mane olmayıb. Hazırda Norveç vətəndaşıdır. İndi isə Ukraynada Cövhər Dudayev adına batalyonun qərargah rəisidir”.

Sözügedən verilişdə adı hallandırılan Nurəddin İsmayılovun (Nurəddin Xoca kimi tanınır) haqqında deyilənlərə münasibəti sərt olub. O, Meydan TV-yə açıqlamasında bildirib ki, 2011-ci ildən indiyə kimi Azərbaycandan kənara çıxmayıb: “Bu, Rusiya kəşfiyyatının uydurmalarıdır. Rusiya kütləvi-informasiya vasitələri onsuz da yalan uzərində oturub. Rəhmətlik İsa Munayevlə dost idim, o vaxtlar münasibətim olub. Amma bu, o demək deyil ki, mən hazırda Ukraynada döyüşürəm. Prokopenkonun haqqımda söylədikləri yalandır. Yalnız o həqiqətdir ki, imperiyaya qarşı döyüşən ixtiyari dövlətə sözlə dəstək vermişəm, verirəm də. Azadlığı uğrunda döyüşən Ukraynanın yanındayam. Özüm də ola bilməsəm, ruhumla oradayam. Mən hazırda ikinci qrup əliləm”.

Hazırda Norveçdə yaşayan polkovnik İsa Sadıqov da Meydan TV-yə açıqlamasında deyilənləri təkzib edib: “Onlar bir az tələsiblər. Müharibə hələ qabaqdadır. Biz Qarabağı, Xocalını unutmamışıq və kimin terroist olduğu da bəllidir”.

 

 

 

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/7aqyu3

Ən çox baxılan