Rəmzi Zeynalov həbs olunub

Dindarın saqqalını qırxan Sabirabad sakini xuliqanlıqda ittiham olunur

Source:

Dindarın saqqalını qırxan Sabirabad sakini xuliqanlıqda ittiham olunur

Sabirabadda “saqqal əməliyyatı” aparan Rəmzi Zeynalov xuliqanlıq maddəsi ilə həbs olunub.

Meydan TV-yə bu barədə məlumat verən yerli sakinlərin sözlərinə görə, Rəmzi Zeynalovun hərəkəti artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Faktı DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov da təsdiqləyib. Onun sözlərinə görə, baş verən hadisə ilə bağlı cinayət işi açılıb və Rəmzi Zeynalov məhkəmənin hökmü ilə həbs olunub.

İyulun 4-də Sabirabad rayonunun mərkəzi bazarında yerli sakin Rəmzi Zeynalovun Kürdəmirdən olan vəhhabi təriqətinə mənsub Cavanşir Zərbəliyevin saqqalını zorakılıqla qırxması media və sosial şəbəkələrlə etiraz doğurdu.

Vəziyyət o həddə çatdı ki, ölkənin dini lideri Allahşükür Paşazadə də reaksiya verdi.

Yerli əhali onu da deyir ki, Rəmzi Zeynalov Sabirabad Rayonunun Polis Şöbəsinin rəis müavini Əlifağa Kazımovun adamıdır. “Saqqalqırxma əməliyyatı” ilk dəfə Zaqatalada həyata keçirilmişdi və bu əməliyyatın arxasında da o zaman həmin rayonda çalışan polis zabiti Əlifağa Kazımovun dayandığı deyilirdi.

Ana səhifəXəbərlərRəmzi Zeynalov həbs olunub