Rəbiyyət Aslanova haqqında yazılanları sifarişli kampaniya hesab etdi

“Bu kampaniya başlanandan 3 dəfə Milli Təhlükəsizlik Nazirliyinə rəsmi müraciət edərək mənim və oğlumun fəaliyyətinin tam araşdırılmasını xahiş etmişəm”

Source:





Bu kampaniya ba


ş


lanandan 3 d


ə


f


ə


Milli T


ə


hl


ü


k


ə


sizlik Nazirliyin


ə


r


ə


smi m


ü


raci


ə


t ed


ə


r


ə


k m


ə


nim v


ə


o


ğ


lumun f


ə


aliyy


ə


tinin tam ara


ş


d


ı


r


ı


lmas


ı


n


ı


xahi


ş


etmi


şə


m



İyunun 20-də yerli media Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və onun oğlu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri olan oğlu Elnur Aslanovun  ölkədən çıxmasına qadağa qoyulması, bank hesablarına, mülklərinə qeyri-rəsmi həbs qoyulması barədə məlumatlarla zəngin olub.

Deputat Rəbiyyət Aslanova “Turan İA”a açıqlamasında yazılanları təkzib edərək böhtan, şər, yalan və iftira adlandırıb: “Qətiyyətlə bəyan edirəm ki, həm mən, həm də oğlum Elnur Aslanov dövlətimizə, xalqımıza, dövlət başçımıza həmişə sədaqətli olmuşuq və bundan sonra da sədaqətli olacağıq”.

Komitə sədrinin sözlərinə görə, mediada tirajlanan bu böhtanlar sifarişdir: “Azərbaycanda hər kəs bunun hansı mənbədən qaynaqlandığını yaxşı bilir. Bu kampaniya başlanandan 3 dəfə Milli Təhlükəsizlik Nazirliyinə rəsmi müraciət edərək mənim və oğlumun fəaliyyətinin tam araşdırılmasını xahiş etmişəm. Bu gün də qəti əminliklə bildirirəm ki, bir millət vəkili, Azərbaycan vətəndaşı olaraq mənim və oğlumun fəaliyyətində zərrə qədər belə nöqsan tapa bilməzlər. Dönüklük, etibarsızlıq və sədaqətsizlik kimi keyfiyyətlər bizə yaddır. Mən və oğlum xalqımızın və dövlətimizin etimadını hansı vəzifədə olmağımızdan asılı olmayaraq həmişə şərəflə daşımışıq və daşıyacağıq”.

Amma deputat sifarişin mənbəyini konkretləşdirməyib.

O, sadəcə, “yalan və iftira dolu məlumatları ictimai fikrə ötürən jurnalistlərə isə acıyıram” deyə fikrini tamamlayıb.

Ana səhifəXəbərlərRəbiyyət Aslanova haqqında yazılanları sifarişli kampaniya hesab etdi