Rayon avtomobillərinə qadağa davam edəcək

Nazirlər Kabinetinin qərarı yaxın günlərdə qəbul ediləcək

Source:


Nazirlər Kabinetinin qərarı yaxın günlərdə qəbul ediləcək

Ölkə rayonlarında qeydiyyatda olan avtomobillərin Bakıya girişinə qoyulan məhdudiyyət Avropa Oyunlarından sonra da davam edəcək. Bu barədə DİN Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Kamran Əliyev jurnalistlərə bildirib.

Nazirlər Kabineti yol hərəkəti qaydalarına dəyişikliklər hazırlayır.

K.Əliyevin sözlərinə görə, bu məsələ yol hərəkəti üzrə hökumət komissiyasında müzakirə olunur.

Gözlənildiyi kimi, Nazirlər Kabinetinin qərarı yaxın günlərdə qəbul ediləcək. Yeniliklər vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınmaqla, eyni  zamanda Bakıda nəqliyyat sıxlığının minimuma endirilməsinin vacibliyi ilə əlaqədar qəbul ediləcək.

Ana səhifəXəbərlərRayon avtomobillərinə qadağa davam edəcək