Rauf Mirqədirovun həbs müddəti 4 ay uzadıldı

Elmar Süleymanov: “Rauf Mirqədirovu zamina ona görə buraxmadılar ki, o, qaça bilər”.

Source:

Elmar Süleymanov: “Rauf Mirqədirovu zaminə ona görə buraxmadılar ki, o, qaça bilər”.

İyulun 15-də Nəsimi Rayon Məhkəməsində hakim Babək Hatəmovun sədrliyi ilə keçirilən prosesdə “Zerkalo” qəzetinin həbsdə olan əməkdaşı Rauf Mirqədirovun həbs müddəti daha 4 ay uzadılıb.

Meydan TV-yə məhkəmə prosesi barədə məlumat verən jurnalistin vəkili Elmar Süleymanov bildirdi ki, qarşı tərəf əlavə istintaq hərəkətlərinin aparılması, müəyyən sorğulara cavabların alınmasını əsas gətirib: “Amma sorğunu hara verdiklərini və hansı ekspertiza keçirdiklərini dəqiqləşdirmirlər. Eyni zamanda, Rauf Mirqədirovu zaminə ona görə buraxmadılar ki, o, qaça bilər. Ancaq Rauf Mirqədirov cavab verdi ki, bir neçə gün atasının yas mərasimində iştirak edib və heç bir problem yaşanmayıb, yəni qaçmağa cəhd etməyib. Ümumiyyətlə, məhkəmə qanunlara münasibət baxımından çox biabırçı keçdi”.

Elmar Süleymanov bildirib ki, iyulun 16-da istintaq növbəti dindirməni keçirəcək.

Ana səhifəXəbərlərRauf Mirqədirovun həbs müddəti 4 ay uzadıldı