Rauf Mirqədirovun ad günüdür

Doğum günündə Rəfiqə İsayeva oğlu ilə görüşə bilməyib.

Source:

Doğum günündə Rəfiqə İsayeva oğlu ilə görüşə bilməyib.

İyulun 15-i “Zerkalo” qəzetinin həbsdə olan icmalçısı Rauf Mirqədirovun doğum günüdür.

Meydan TV bu münasibətlə Rauf Mirqədirovun anası Rəfiqə İsayeva ilə əlaqə saxlayıb. Anası bildirib ki, o, hazırda MTN-nin qarşısındadır, oğluna yemək gətirib.

Rəfiqə İsayeva təəssüflənib ki, 3 ay müddətində oğlu ilə nə görüşə, nə telefonla əlaqə saxlamağa şərait yaradıblar: “Yalnız atası vəfat edəndə görüşə bildim, heç cür anlaya bilmirəm. Ad günündə də görüşə icazə vermədilər. Amma hər həftənin 2-ci günü Raufa apardığım yeməklər çatdırılır”.

Ana səhifəXəbərlərRauf Mirqədirovun ad günüdür