Rauf Mirqədirov açıqlama yaydı

“Mənə qarşı törədilən bu fitnəkarlıq Ermənistan və strateji müttəfiqi olan dövlətin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı apardıqları geniş miqyaslı təxribatın kiçik bir tərkib hissəsidir”

Source:





M


ə


n


ə


qar


şı


t


ö


r


ə


dil


ə


n bu fitn


ə


karl


ı


q Erm


ə


nistan v


ə


strateji m


ü


tt


ə


fiqi olan d


ö


vl


ə


tin x


ü


susi xidm


ə


t orqanlar


ı


n


ı


n Az


ə


rbaycana qar


şı


apard


ı


qlar


ı


geni


ş


miqyasl


ı


t


ə


xribat


ı


n ki


ç


ik bir t


ə


rkib hiss


ə


sidir



“Zerkalo” qəzetinin həbsdə olan jurnalisti Rauf Mirqədirov MTN və Respublika Prokurorluğunun bəyanatı ilə əlaqədar açıqlama yayıb.

Vəkili Elmar Süleymanov vasitəsilə yayılan açıqlamada deyilir: “Bəyanatı nəzərdən keçirdikdən sonra belə təəssürat yaranır ki, Baş prokurorluğun ictimai-siyasi xadimlərin və müstəqil jurnalistlərin diskreditasiyası sahəsində Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığa dair müəyyən bir razılaşması mövcuddur. Prokurorluğun bəyanatından belə bir nəticə də çıxarmaq olar ki, tərəflər bu istiqamətdə hətta birgə əməliyyatlar belə keçirirlər. Çünki  yaxın tarixə nəzər saldıqda, məlum olur ki, Azərbaycan Respublikası Baş prokurorluğu buna oxşar qondarma cinayət işlərində saxta sübutların əldə edilməsi məqsədilə Ermənistanın xüsusi xidmət orqanlarında çalışan “Samvel” kimi tiplərdən “məlumatların” əldə edilməsi təcrübəsindən birinci dəfə deyil ki istifadə edir. Mən belə bir sövdələşmənin olduğuna inanmaq istəmirəm və inanmıram. Lakin  istintaqın gedişi məni bir daha əmin edir ki, mənə qarşı törədilən bu fitnəkarlıq Ermənistan və strateji müttəfiqi olan dövlətin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı apardıqları geniş miqyaslı təxribatın kiçik bir tərkib hissəsidir. Təəssüflər olsun ki, Azərbaycandakı nüfuzlu qruplar bu və ya digər səbəblərdən bu geniş təxribatın icraçılarına çevriliblər”.

Ana səhifəXəbərlərRauf Mirqədirov açıqlama yaydı