Rasim Musabəyov: Milli Məclis islahatlara maneə yaratmayıb

“Hər bir halda təbiətdə olduğu kimi Milli Məclisdə də balansa ehtiyac var”.

Source:





YAP-ın mənim dəstəyimə nə ehtiyacı var?”

“Əgər Yeni Azərbaycan Partiyasının maraqları parlamentin buraxılmasını tələb edirsə, onda mənim dəstəyimə nə ehtiyacı var? Bu, firqə təşəbbüsü olduğundan, mən bitərəf qalmışam”.

Bunu Meydan TV-ə Milli Məclisin 2 dekabr iclasında parlamentin buraxılması üçün prezidentə müraciətlə bağlı səsvermədə bitərəf qalan Rasim Musabəyov deyib.

O qeyd edib ki, hakim partiyanın firqə maraqları var və bir çox demokratik dövlətlərdə hakim partiyanın özü üçün məqbul saydığı zaman seçkini önə çəkmək təcrübəsi geniş yayılıb.

Rasim Musabəyov bildirib ki, parlamentin islahatları ləngitməsi izahatı həqiqətə uyğun deyil:

“Milli Məclis nədə və nə vaxt islahatlara maneə yaradıb? Belə şey olmayıb”, – o deyib.

O gözlənilən seçkidə iştirak edib-etməyəcəyi haqda suala konkret cavab verməyib və seçki elan olunmadığı üçün qərar qəbul etmədiyini deyib:

“Seçki elan olunar, namizədlər irəli sürülər, mən də götür-qoy edərəm. Yaşım az deyil. Gələn ilin əvvəlində 69 yaşım tamam olacaq. Düşünəcəm bu barədə”.

O deyib ki, əgər qərar versə, bu dəfə də 18 saylı Nərimanov – Nizami seçki dairəsindən namizədliyini irəli sürəcək:

“İki dəfə həmin dairədən Milli Məclisdə təmsil olunmuşam. Amma iştirak haqda hələlik heç bir qərar verməmişəm”.

Rasim Musabəyov yaşlı adamların parlamentdə təmsilçiliyinin məqbul olmaması barədə fikirləri belə şərh edib:

“Fərz edirəm ki, parlamentdə bütün yaş qruplarını əhatə edən insanlar təmsil olunacaqlar. Sadəcə, yaşlı nəslin parlamentdə çoxluq təşkil etməsi düzgün deyil. İstər-istəməz insan yaşlaşdıqca mühafizəkar olur. Bu, qaçılmazdır. Ağıl və təcrübə baxımdan üstün olsa da, enerji əvvəlki kimi olmur. Hər bir halda təbiətdə olduğu kimi Milli Məclisdə də balansa ehtiyac var”.

O hesab edir ki, yaşlı nəsil deyilən xətt də dəyişilir, əvvəllər 50 yaşında adamı yaşlı sayırdılarsa, indi cavan hesab edirlər. Ona görə bu məsələyə ümumi yanaşma düzgün deyil.


Milli Məclis

də çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyasının deputatları dekabrın 2-də parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər.

Dekabrın 4-də

Konstitusiya Məhkəməsi

prezidentin müraciətinə müsbət cavab verib.

Ana səhifəSiyasətRasim Musabəyov: Milli Məclis islahatlara maneə yaratmayıb