Bununla da nazirin müavinlərinin sayı 7 nəfərə çatdı
Mayın 5-də dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Teymur Mehdiyev fövqəladə hallar naziri Kamaləddin Heydərovun müavini təyin edilib.
Prezident sərəncamı ilə Teymur Mehdiyevə general-mayor ali hərbi rütbəsi verilib.
Teymur Mehdiyev bu təyinatadək Dövlət Miqrasiya Xidməti rəisinin 1-ci müavini vəzifəsini tuturdu. Ondan əvvəl isə mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb.
Prezidentin digər sərəncamı ilə deputat, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov fövqəladə hallar nazirinin müavini təyin edilib. Bununla da Kəmaləddin Heydərovun müavinlərinin sayı 7 nəfərə çatıb.