Ramiz Mehdiyevdən şok sözlər

ABŞ rəsmiləri bizə təklif etmişdilər ki, Milli Şuranın namizədinə 25 faiz verək, özümüzə 74-75 faiz götürək.

Source:

Bu gün Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Azərtac”, APA, “1news.az” və “Trend” agentliklərinə müsahibə verib. O müsahibəsində seçkilərlə əlaqədar danışıb və ABŞ Dövlət Departamenti və ATƏT/ DTİHB-nun verdiyi qiyməti əsla qəbul etmədiyini vurğulayıb. Əsas şok edici açıqlama isə media orqanlarını da olduqca təəcübləndirib:

“ABŞ rəsmiləri bizə təklif etmişdilər ki, Milli Şuranın namizədinə 25 faiz verək, özümüzə 74-75 faiz götürək. Guya, belə səs faizləri qarşılığında ABŞ Dövlət Departamentinin mövqeyi balanslaşdırılmış olacaq. Nəticə bəllidir. Göründüyü kimi, bu, dost məsləhəti deyil, ciddi xəbərdarlıqdır. Belə çıxır ki, biz şəffat və ədalətli yox, saxta seçki keçirməliydik”, – Ramiz Mehdiyev deyib.

Ana səhifəXəbərlərRamiz Mehdiyevdən şok sözlər