Vüqar Qurbanov

Mənbə: İcbari Tibbi Sığorta Agentliyi

Başlıq: Vüqar Qurbanov

Ramin Bayramlının istefa ərizəsi qəbul olunub

TƏBİB-ə müvəqqəti rəhbərliyi Vüqar Qurbanov edəcək

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsindən istefa verən Ramin Bayramlını müvəqqəti olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov əvəz edəcək.

Bu barədə sentyabrın 13-də Meydan TV-yə agentlikdən məlumat verilib.

Bildirilib ki, agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Qurbanova verilib. O, hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir.

Son məlumata əsasən, TƏBİB İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev də vəzifəsindən azad olunması ilə bağlı ərizə ilə müraciət edib.

Sentyabrın 12-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ( TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən istefa verib.

O, özü “Twitter” səhifəsində bu barədə yazıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/m84lxk

Ən çox baxılan