Lakin dövlət başçısının saytında hələlik belə bir sərəncam yoxdur. Eyni zamanda, AzərTAC və APA da bu barədə məlumat yaymayıblar. Yalnız Lent.az Trend.az-a istinadən informasiyanı sayta yerləşdirib
Noyabrın 1-də daxili işlər nazirinin müavini, general-leytenant Əsgər Ələkbərov təqaüdə çıxması ilə əlaqədar tutduğu vəzifədən azad edilib. Bu barədə “Turan İA”-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Onun yerinə indiyə qədər DİN-in karlar idarəsinin rəhbəri vəzifəsini tutan İsmət Əliyev təyin edilib.
DİN-in mətbuat xidmətindən rəsmi məlumat almaq mümkün olmayıb.
Qeyd edək ki, nazir müavinləri dövlət başçısının sərəncamı ilə təyin edilir və vəzifədən azad edilir. Lakin dövlət başçısının saytında hələlik belə bir sərəncam yoxdur. Eyni zamanda, AzərTAC və APA da bu barədə məlumat yaymayıblar. Yalnız Lent.az Trend.az-a istinadən informasiyanı sayta yerləşdirib.
Əsgər Ələkbərov 2001-ci ildən nazir müavini vəzifəsini tuturdu.