Qusar sakini: “Elektrik ustası işləyirdim, işdən çıxartdılar, 3 uşağım var, uşaqpulu da vermirlər”

Yolu çətin olduğundan gediş-gəlişin az olduğu, Qusarın  mərkəzindən uzaq Kuzunda hər addım başı kasıb evlər gözə dəyir.

Əzizə Mollayeva deyir, bu kəndin camaatı işsizlikdən əziyyət çəkir.        Dağların ətəyində yaşayan Kuzun camaatının əsas məşğuliyyəti heyvandarlıq və təsərrüfatdır. Amma artıq bu məşğuliyyətlərin sıradan çıxdığını deyirlər. Səbəbini isə Şahdağ kompleksi tikilən zaman pay torpaqlarının alınmasında görürlər. 

 Ehtiram Mollayevin pay torpağı da Şahdağ ərazisinə düşüb. Danışır ki, onları Şahdağdan məcbur çıxarıblar, təsərrüfat torpaqlarını əllərindən alıblar. 3 uşaq atası Ehtiram illərdir işsizlikdən əziyyət çəkdiyini deyir. 

Əzizə xanım deyir, onlara çox vədlər verilib. Kəndin bəzi gəncləri Şahdağda iş tapsalar da, orta yaşlıların görə biləcəyi iş qalmayıb. Heyvandarlıqla, təsərrüfatla məşğul ola bilməyən Kuzunluların dolanışığı günü-gündən çətinləşir. 

Qusarın digər kəndlərində də camaat işsizlikdən gileylənir. Çiləgir kənd sakini Əlibala kişi indi sahəyə gedir. Amma onun sahəsi ailəsini dolandırmağa güc-bəla çatır. 8 baş ailəni dolandırmalı olan kəndli işsizliyin tüfeyli həyat tərzinə yol açdığını deyir. 

Sakinlər aidiyyatı qurumların onlarla maraqlanmadığını, işsizliyin aradan qalxması üçün heç bir tədbir görülmədiyini deyirlər.

Ana səhifəVideoQusar sakini: “Elektrik ustası işləyirdim, işdən çıxartdılar, 3 uşağım var, uşaqpulu da vermirlər”