Quru sərhədləri niyə açılmır?

“Covid -19” pandemiyası ilə bağlı sərt tədbirlər aradan qalxsa da, quru sərhədlər hələ açılmayıb. Son günlər sərhədlərin açılmaması ilə bağlı sosial şəbəkələrdən də etiraz səsləri yüksəlir. İki ildən çoxdur insanlar ölkəni yalnız hava yolu ilə, yüksək aviabilet qiymətləri hesabına tərk edə bilir. 

İqtisadçı Fərid Mehralızadə deyir ki, sərhədlərin bağlı qalması xüsusilə ölkəni səhiyyə, təhsil məqsədilə tez-tez tərk etmək məcburiyyətində qalan sosial qruplara təsir edir. 

Həmçinin quru yolların bağlı olması Rusiya Federasiyası, Gürcüstan və İranla daimi ticarət əlaqələri hesabına dolanışığını qarşılayan sərhəd rayonlarında yaşayanlar üçün də çətinlik yaradır.

Quru yolların açılmasını millət vəkilləri də səsləndirib. Deputat Elman Məmmədov çıxışında AZAL-ı tənqid edərək, təyyarə biletlərin bahalığından narazılığını dilə gətirib.  

Yay mövsümü ilə bağlı tətil xəyalları quranlar da sərhədlərin bağlı qalmasından əziyyət çəkəcəklərini deyirlər. Səyahətçi Azər İsmayıl bildirir ki, bağlı qalan yollar da insanların səyahət seçimlərini məhdudlaşdırır. 

Azərbaycanda hazırki aktiv koronavirus xəstə sayı 130-dur. Tənqidçilər quru sərhədlərinin bağlı qalmasının tibbi əsasının olmadığını düşünür.

Ana səhifəVideoQuru sərhədləri niyə açılmır?