Məhsuldarlıq 1 ha-da 23,7 sentner olub, ötən il isə orta məhsuldarlıq 27,6 s idi.
Azərbaycanda taxıl yığımı başa çatır. 2014-cü ildə xüsusən dağətəyi rayonlarda hava şəraiti əlverilşli olmayıb və torpaqda rütubət çatmayıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, iyulun 7-ə kimi dənli və dənli paxlalıların 88,8 faizi yığılıb. Cəmi 1 926,7 min ton taxıl, o cümlədən 1 239,2 min ton buğda yığılıb. Məhsuldarlıq 1 ha-da 23,7 sentner olub. Ötən il orta məhsuldarlıq 27,6 s idi.
“Əkinçilik” ETİ-nin direktoru Cavanşir Telai “Turan İA”a deyib ki, məhsulun azalmasına səbəb dəmyə sahələrdə yağıntının olmamasıdır. Taxıl əkinlərinin 40 faizi onların payına düşür. Bundan başqa, bir çox fermerlər növbəli əkin və qara herik qaydalarına əməl etmir. Aşağı keyfiyyətli toxumdan istifadə edilməsinin də öz təsiri var. Bu il 961 min ha sahədə taxıl əkilib.